Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayonu ərazisində tikilib istifadəyə verilmiş yeni yaşayış kompleksindəki mənzillərə məcburi köçkün ailələrin köçürülməsini davam etdirir. Komitədən ONN media -ya verilən məlumata görə, bu məqsədlə Sumqayıt şəhərində növbəti püşkatma keçirilib. Dövlət Komitəsinin müvafiq komissiyasının təşkil etdiyi püşkatmanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin və məcburi köçkün icmalarının nümayəndələri, jurnalistlər izləyiblər. Püşkatma vasitəsilə 200 məcburi köçkün ailəsinin hər birinin köçəcəyi bina və mənzilin nömrəsi müəyyənləşdirilib. İndiyədək onlar Sumqayıt şəhəri və Abşeron rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda yaşayıblar. Tədbirdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə son illərdə görülən işlər barədə məlumat verilib. Bildirilib ki, hazırda hər cür sosial-texniki infrastrukturu olan 100-dən çox yeni qəsəbə və yaşayış kompleksi onların istifadəsindədir. Prezident İlham Əliyevin tapşırığı ilə bu sahədə işlər daha da sürətləndirilib. Sumqayıt sakinləri ilə bir neçə gün əvvəl keçirdiyi görüşdə dövlətimizin başçısı şəhərdə müvəqqəti məskunlaşmış köçkün ailələri üçün bu il əlavə 2 min mənzildən ibarət yaşayış komplekslərinin salınacağını bildirib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın yeni mənzillərin ilk növbədə Bakı və Sumqayıt şəhərlərində hələ də qəzalı bina və tikililərdə ağır vəziyyətdə yaşayan məcburi köçkünlərə verilməsi barədə tapşırığının icrası davam etdirilir. Püşkatmada iştirak edən Qubadlı rayonundan məcburi köçkün Xəyal Məmmədov, Laçın rayonundan Abdulla Ağaməliyev, Ağdam rayonundan Əlövsət Qurbanov, Füzuli rayonundan İkram Həziyev və başqaları mənzillərin bölgüsünün mövcud qanunvericilik normaları və sosial ədalət prinsipləri əsasında şəffaflıqla aparılmasından razı qaldıqlarını qeyd edərək, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına qayğı və diqqət göstərən Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Abşeron rayonu ərazisində 1000 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb. Burada yeni məktəb və uşaq bağçası da istifadəyə verilib. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib.
Məcburi köçkün ailələrinə ev verildi



Məcburi köçkün ailələrinə yeni mənzillər verilir
Bakıda yataqxananın dam örtüyü çökdü - 17 MƏCBURİ KÖÇKÜN AİLƏSİ...
Məcburi köçkünlərin yaşadığı ərazidə sürüşmə baş verdi
Bu tarixdən Zabuxa köç başlayır
Məcburi Köçkünlər evlərindən çıxarılır?- AÇIQLAMA
Daha 147 ailə Füzuliyə köçürüləcək
Daha 25 ailə bu tarixdə Zəngilana gedəcək
Ağalı kəndinə daha 22 ailə köçürülür
30 köçkün ailəsi birinci Qarabağ müharibəsində dağılan evlərinə qayıtdı
Yataqxanalarda yaşayan bu şəxslərlə bağlı yeni təklif
Məcburi köçkünlərə ŞAD XƏBƏR - Altı mindən çox...
Məcburi köçkünlərə yeni mənzillər verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 