Ermənistan cənubi qafqazda əsas təhlükə mənbəyi missiyasını davam etdirir. Ermənistanın şovinist və separatçı rəhbərliyi Livanın paytaxtı Beyrutda baş verən partlayışdan zərərçəkən erməniləri Dağlıq Qarabağa köçürməkdədir. Hətta Ermənistan kütləvi informasiya vasitələrində bu qanunsuz köçürməni əks etdirən görüntülər də yayılıb. Millət vəkilləri hesab edirlər ki, Livandan olan ermənilərin işğal olunmuş torpaqlara yerləşdirilməsinin qarşısı dərhal alınmalıdır.
Ermənistan təxribatlarını ən müxtəlif istiqamətlərdə davam etdirir. Livandan erməni mənşəli ailələrin Dağlıq Qarabağa köçürülməsi təxribatın ən təhlükəli hissələrindən biridir. Ermənistanın ''Azadtutyun'' radiosu bu günlərdə Livandan işğal altında olan Şuşaya köçürülən bir ailədən reportaj hazırlayıb. Görüntülərdə bir erməni ailəsinin Şuşada ev, avtomobil və lazımi məişət əşyaları və ərzaq məhsulları ilə təmin olunduğu nümayiş olunur. Bu ailə Şuşada sığınacaq aldığına görə Ermənistan rəhbərliyinə təşəkkür edir. Yayılan görüntülərdə özünü Qondarma Dağlıq Qarabağın rejiminin nümayəndəsi kimi təqdim edən şəxs isə Livandan erməni ailələrinin bundan sonra Qarabağa köçürüləcəyini açıqlayır. Azərbaycanın Millət vəkilləri isə Ermənistanın bu addımının cavabsız qalmayacağını bildirirlər. Millət vəkili Elşad Mirbəşir hesab edir ki, Ermənistan işğalçılıq siyasətini davam etdirməkdə israrlıdır. Buna görə də beynəlxalq təşkilatlar Ermənistanın indiyədək olan və son təxribatlarına susmamalı və işğalçı dövlətlə onun layiq olduğu dildə danışmalıdır. Politoloq Elçin Əhmədov isə son hadisələrin Ermənistanın münaqişənin dinc yolla həllini dəstəkləmədiyini bir daha sübut etdiyini deyir. Ekspertlər bildirir ki,Ermənistan bir neçə livan ailəsini işğal altında olan ərazilərə köçürməklə həm özü, həmdə o ailələr böyük problemlərlə üzləşəcək. İşğalçı ölkə Aprel döyüşlərini və son Tovuz hadisələrini unutmamalıdır.Livanlı ermənilər Şuşaya və digər işğal olunmuş ərazilərə yerləşdirilir



Ermənistandan yeni təxribat – Azərbaycan sərt cavab verə bilər…
Bakının razılığı olmadan İrəvan bunu edərsə... - Brayza
Şuşada ermənilərər BÖYÜK ŞOK: çox sayda ölü var
Rəsmi Beyrutdan Azərbaycana qarşı hörmətsizlik – FOTOLAR
Həmsədrlər işğal altında olan Dağlıq Qarabağa səfər etdilər
Gəncəliyev: "Ermənilər yeni hücumlara hazırlaşır"
Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir – FOTO
Ermənistan Qarabağa Yaxın Şərqdən silahlılar gətirib
İran maşınları Qarabağa yanacaq daşıyır?- RƏSMİ
“Azad edilmiş ərazilərə Azərbaycan bayrağı sancıldı” - Prezident
Prezident müharibə ehtimalından danışdı: Çox ciddi hərbi hazırlıqlar gedir
Ermənistan muzdluları gətirməklə terrorçuluğu nümayiş etdirir - XİN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 