Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.
ONN media xəbər verir ki, verilən şərhdə deyilir: "Avropa Parlamentində çıxışı zamanı Dağlıq Qarabağın gələcəyini orada yaşayan insanların müəyyən etməli olduğunu və Dağlıq Qarabağı təmsil etmədiyini iddia edən Ermənistan Baş nazirinə belə bir sual ünvanlamaq istərdim. Əgər belədirsə, o zaman Ermənistan vətəndaşı olan gənclərin digər ölkənin torpağında, yəni Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində nə işi var? Nə səbəbdən bu gənc insanlar öz həyatlarını itirməli olurlar?
Ermənistan Baş nazirinin bu kimi əsassız bəyanatları nəinki beynəlxalq ictimaiyyəti, eyni zamanda Ermənistanda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, eləcə də dünyada yaşayan erməniləri aldatmaqdan başqa bir şey deyildir".
Mətbuat katibi bildirib ki, bölgənin "yeni şəkildə dialoq, sülh şəraitində birgə yaşama və iqtisadi əməkdaşlığa ehtiyacı var” fikrini səsləndirən Ermənistan rəsmisi əgər bu bəyanatını səmimiyyətlə söyləyirsə, sadaladıqlarına nail olmağın yeganə yolunun Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması və azərbaycanlı məcburi köçkünlərin bu ərazilərə geri dönməsindən ibarət olduğunu dərk etməlidir.
L.Abdullayevanın sözlərinə görə, Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan ilə münasibətləri normallaşdırmadan Ermənistan heç vaxt tam müstəqil olmayacaqdır:
"Demokratik yolla seçildiyini bəyan edən Ermənistan rəhbərliyi ən azından özü və xalqı qarşısında vicdanlı davranmalı və Azərbaycan ərazilərinin işğalından və əhalinin etnik təmizlənməsindən Ermənistanın və erməni xalqının nə qazandığı sualına cavab verməlidir. Bu çox sadə cavabı mən səsləndirməyəcəm, onu Ermənistan rəhbərliyindən eşitmək istərdim".



Azərbaycan XİN -dən erməni nazirə CAVAB
Azərbaycan XİN-dən Ermənistan XİN nümayəndəsinə CAVAB
Leyla Abdullayevadan Ermənistan XİN-ə CAVAB
Azərbaycan XİN-dən Paşinyana CAVAB
Qarabağdakı "seçkilər" qurma oyundan başqa bir şey deyil - XİN
XİN -dən Qarabağla bağlı Mnatsakanyanın sərt etirazına REAKSİYA
Ermənistan parlamentində Qarabağ dinləmələri keçiriləcək
Paşinyan Qarabağın Azərbaycana aid olduğunu ETİRAF ETDİ
XİN-dən Paşinyanın bəyanatına REAKSİYA
Azərbaycan XİN-dən Lüksemburq Xarici İşlər nazirinə CAVAB
Pompeodan Ermənistan və Azərbaycana ÇAĞIRIŞ
Dağlıq Qarabağın statusu məsələsinə nə vaxt baxılacaq? - XİN AÇIQLADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 