Bəzi tələbələrimizin bilet xərclərinin ödənilməsində müəyyən problemlərin olmaması üçün diaspor təşkilatlarımız onlara kömək etdi. ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O bildirib ki, lakin bəzi vətəndaşlarımız onlar üçün göndərilən təyyarədən imtina etdi: "Vətəndaşlarımızdan, tələbələrimizdən xahiş edirik ki, bütün məqamları nəzərə alsınlar. Pandemiya dövründə bəzi müəssisələr distant təhsilə keçid edirlər ki, onlar bundan da faydalana bilərlər".
"Bəzi vətəndaşlar onlar üçün göndərilən təyyarədən imtina etdi"

