Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov milli kino sənətinin tanınmış nümayəndələri – Xalq artisti, kinoaktyor Fəxrəddin Manafovu anadan olmasının 65 illiyi, Əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayevi anadan olmasının 60 illiyi münasibətilə təbrik edib. Mədəniyyət Nazirliyindən ONN media -ya bildirilib ki, təbrikdə hər iki yubilyarın Azərbaycan mədəniyyətinə, o cümlədən kino sənətinə mühüm töhfələr verdiyi diqqətə çatdırılır. Qeyd olunur ki, 40 ilə yaxındır Azərbaycan kinosunun sevilən simalarından biri olan Fəxrəddin Manafov güclü aktyor istedadı sayəsində, müxtəlif filmlərdə yaratdığı xarakterik obrazlarla təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da geniş tamaşaçı rəğbəti qazanıb və kino sənətimizi tanıdıb. Təbrikdə, həmçinin Ayaz Salayevin rejissor və ssenarist kimi müasir Azərbaycan kinosunda özünəməxsus yerə malik olduğu, eyni zamanda ölkəmizdə kino sənətinin təbliğində və populyarlaşmasında xidmətləri, bu sahədə səmərəli pedaqoji fəaliyyəti xüsusi qeyd olunur. Anar Kərimov hər iki yubilyara ən xoş arzularını bildirib, onlara möhkəm cansağlığı, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Anar Kərimov yubilyar kino xadimlərini təbrik etdi



Anar Kərimov Xalq artisti Afaq Bəşirqızını təbrik etdi
Prezident sərəncam imzaladı
Tofiq Tağızadənin 100 illik yubileyi keçiriləcək
Milli Kino Günü təntənəli mərasimlə qeyd edildi
Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək
Azərbaycanda yeni agentlik yaradılacaq - NAZİR AÇIQLADI
Nazir Xalq artisti İlham Namiq Kamalı yubileyi münasibətilə təbrik edib
İlham Əliyev Xalq artistini yubiley münasibətilə TƏBRİK ETDİ
Həsən Məmmədovun 80 illik yubileyi Salyan şəhərində təntənəli şəkildə qeyd olundu
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
Fəxrəddin Manafovun Aygün Kazımova ilə ELƏ GÖRÜNTÜSÜ YAYILDI Kİ...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 