“Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada “Sərhədsiz dostluq” festivalı keçirilir. Festivalda Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edir. Müdafiə Nazirliyindən ONN media -ya verilən məlumata görə, festivalda hərbçilər təmsil olunduqları ölkənin və digər dünya xalqlarının mahnı və marşlarını, rəqsləri ifa edirlər. Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər yerli və xarici tamaşaçıların rəğbətini qazanıblar. Eyni zamanda, festival çərçivəsində Azərbaycan Mədəniyyət Günləri keçiriləcəkdir. Bu tədbirdə xalqımızın qədim köklərə bağlı mədəniyyəti, folkloru, tarixi özündə əks etdirən müxtəlif stendlər, eksponatlar, suvenirlər, xalçalar, kitablar, Azərbaycanda istehsal edilən ərzaq və digər məhsullar təqdim olunacaq. 50-dək ölkədən mindən artıq musiqiçi, vokalist və rəqqasın iştirak etdiyi festival sentyabrın 5-dək davam edəcək.
Azərbaycan hərbçiləri Moskvada



Hərbçilərimiz festivalda birinci yeri qazandı
Hərbçilərimiz Rusiyadan Vətənə qayıtdılar
Şuşada Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Azərbaycan hərbçiləri Beynəlxalq Ordu Oyunlarında
Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır
“Əsgərə məktub” layihəsi davam edir - VİDEO
Şuşada “Xarıbülbül” festivalı başa çatdı
Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi
Dövlət Akademik Filarmoniyasının noyabr repertuarı
Bakıda festival keçirilir
Xalq artisti Roza Cəlilovanın 90 illiyi qeyd ediləcək
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 