Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə ekspres xətlərdən daha biri, M9 ekspres xətti sabahdan fəaliyyətə başlayır. Bu barədə ONN media -ya Bakı Nəqliyyat Agentlikdən (BNA) bildirilib. Məlumata görə, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspres xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq. M9 xəttinin istifadəyə verilməsi ilə “Sea Breeze” istirahət mərkəzi, Bilgəh, Buzovna, Şağan, Binə qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik təxminən 13-14 min sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir. Qeyd edək ki, M9 ekspres xətti üzrə avtobusların hərəkət sxemi “Sea Breeze” istirahət mərkəzi - "Nəriman Nərimanov" metro stansiyası istiqaməti müəyyən edilib. Qeyd edək ki, karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M9 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.
Bakıda yeni marşrut xətti açıldı - Sabahdan işləyəcək



Sabahdan Bakıda 18 metrlik avtobuslar xəttə buraxılacaq
Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir
Avtobuslar bayramda necə işləyəcək?
Bu avtobuslar fəaliyyətini davam etdirəcək
Sabahdan bu marşrut kartla ödənişə keçir
Yeni ekspress avtobuslar fəaliyyətə başladı
Bu marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
Bakıda bu marşrut xətləri ləğv ediləcək
İctimai nəqliyyatın hərəkəti DAYANDIRILIR
Bakıda yeni marşrut xətti açılır
Sərnişinlərin DİQQƏTİNƏ!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 