Astara şəhər Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin adı verilib. ONN media xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva deyib. O bildirib ki, Oqtay Kazıminin adının ədəbiləşdirilməsi ilə bağlı Baş nazir Əli Əsədova etdiyi müraciət artıq həllini tapıb: “Astara şəhər Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin adının verilməsi ilə bağlı rayon ziyalıları Mədəniyyət komitəsinin sədri olaraq mənə müraciət ünvanlamışdılar. Astara rayonunu təmsil edən millət vəkili həmkarım, dəyərli ziyalı Rəşad Mahmudovla bu məsələ ətrafında söhbətimiz zamanı ziyalıların müraciətinin müsbət həllini tapmasının rayon sakinləri arasında məmnunluqla qarşılanacağını bildirmişdi. Bu məsələyə baxılması xahişi ilə hörmətli Baş nazir Əli Əsədova Mədəniyyət komitəsi adından etdiyimiz müraciət öz müsbət həllini tapıb. Oqtay Kazimi Astarada doğulub və doğma şəhərdə adının əbədiləşdirilməsi, habelə bu xəbəri onun anım günü ərəfəsində eşitməyimiz bizdə xüsusi məmnunluq doğurur. Görkəmli bəstəkarımıza Ulu Tanrıdan rəhmət diləyir, onun adını daşıyacaq məktəbdə musiqi təhsili alacaq şagirdlərə isə böyük gələcək arzulayırıq. Hörmətli Baş nazirimiz Əli Əsədova Mədəniyyət komitəsi və Astara rayon ziyalılarının müraciətinə bu cür həssas münasibətindən dolayı təşəkkür edir, məsuliyyətli və şərəfli işində uğurlar arzulayırıq”.(kult.az)
Deputat müraciət etdi, Əli Əsədov QƏRAR VERDİ



Bəstəkar Oqtay Rəcəbov vəfat etdi
Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəranda vətəndaşlarla görüşüb
Oqtay Əsədov iclaslara niyə gəlmir?
Oqtay Əsədovun MM-də işi məlum oldu
Millət vəkili şəhid gizirin ailəsi ilə görüşdü
Nazirlikdən Rasim Balayev açıqlaması...
Bakıda bu məktəbə Arif Məlikovun adı verildi
Qənirə Paşayeva harada dəfn olunacaq?
Qənirə Paşayeva şəhid zabitin ailə üzvləri ilə görüşdü
Qənirə Paşayeva Milli Məclisin sədri olacaq? - Özü AÇIQLADI
Nazir Mingəçevirdə vətəndaşları qəbul etdi
Mədəniyyət xadimlərinə fəxri adlar verildi - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 