Mövsüm dəyişikliyi zamanı dəridə bir sıra dəyişikliklər baş verir. Ona görə də yayda üz dərisinə qulluq xüsusilə vacibdir, çünki həmin dövrdə dəri daha həssas, zəifləmiş və allergiyaya meyilli olur.
ONN media xəbər verir ki, dəri gündə iki dəfə - səhər və axşam yuyub təmizləmək lazımdır. Üz dərisinin sağlamlığı üçün vacib olan məsələlərdən biri də sudur. Yazda içilən bol su dərini qurumağa qoymur. Yuxu rejimi də dəri üçün çox əhəmiyyətlidir, çünki yuxusuzluq dəriyə solğunluq və şişkinlik verir. Mövsümə uyğun meyvə-tərəvəz yeyilməsi də orqanizmi təmizləyir. Kosmetoloqların dediyinə görə, günəş vannası qəbul ediləndə onun mənfi təsirləri nəzərə alınmalı, dəri yandırıcı şüalar və zərərli təsirlərdən qorunmalıdır. Bu səbəbdən yay fəslində edilən makiyajın bir sıra qaydalarına riayət etmək mütləqdir. Bildirilib ki, isti aylarda dəri ilə əlaqədar şikayətlərin əksəriyyətini günəşdən yanma halları təşkil edir. Əgər dəridə yanıq hiss olunarsa, dərhal qabaqlayıcı tədbirlər görülməlidir. Bunun üçün, ilk növbədə, əl-üzü yumaq, soyuducudan buz götürüb üz dərisini soyutmaq tələb olunur. Bunların heç biri olmadıqda zərər görmüş nahiyəyə qatıq çəkilir və 20 dəqiqə saxlanıldıqdan sonra yuyulur. Günəşdən yanma hallarında bitki yağları, xüsusilə gicitkən, itburnu və zeytun yağı da yaxşı təsir göstərir. Dəridə yaranan çillər, ləkələr də günəşin ultrabənövşəyi şüalarının təsirindən əmələ gəlir. Ona görə də yay aylarında dəriyə intensiv qaydada qulluq göstərilməlidir. Faydalı maskaların ev şəraitində hazırlanması da mümkündür.Belə ki, iki qaşıq kəpək və bir qaşıq bal və ya bir qaşıq qaymaq qarışdırmaqla da sadə maska hazırlamaq olar. Onu da qeyd etmək lazımdır ki, ümumiyyətlə mütəxəssislər isti havada makiyajdan daha az istifadə edilməsini məsləhət görürlər. Xüsusilə ağır tonlaşdırıcı kremlərin daha yüngülləri ilə əvəz olunması məqsədəuyğun hesab edilir.(axşam.az)Üzümüzə necə qulluq edək?



Yayda günəş şüalarının fəsadlarından belə qorunun
Dərini qocaldan 5 zərərli vərdiş
Üzə necə qulluq etmək lazımdır?
İsti havada makyajla yatmağın zərəri
Yaz avitaminozu nədir, necə mübarizə aparmaq olar? — MƏSLƏHƏT
Dəri xərçəngindən qorunmaq üçün günəşdən qaçın
Yayda quruyan dəriyə qarşı 5 ÇARƏ
Üzünüzü yuyanda suya sirkə əlavə edin - ƏLA NƏTİCƏ!
Çimərlik mövsümü zamanı...
Payızda fəslində dərimizə necə qulluq etməliyik?
Makiyaj edərkən bunlara diqqət edin – Xəstəliklərə yol aça bilər
Koronadan “qorunma” vasitələri xəstəlik yaradır – HƏKİM
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 