Dəri xəstəliklərinin çox böyük əksəriyyəti günəş şüalarının təsiri nəticəsində yaranır. Xüsusilə çimərlik mövsümü zamanı həmin xəstəliklərin yaranması ehtimalı artır.
ONN media bildirir ki, Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu Zülfüqar Fərəcovun dediyinə görə, həmin təsir nəticəsində dəri xərçənginin yaranması da istisna edilmir: "Günəş şüalarının təsiri nəticəsində dərinin iltihabı reaksiyaları müşahidə olunur. Eyni zamanda, yay aylarında tərləmə nəticəsində dəridə gedən dəyişikliklər göbələk, uzun müddət günəş şüaları altında qaldıqda qırmızı qurd eşənəyi, sklerodermiya və digər dəri xəstəlikləri əmələ gətirə bilər".
Baş dermatoveneroloq allergik xəstəlikləri olanların və dərman qəbul edənlərin çimərliyə getməməsini məsləhət görüb. Çimərliyə gedənlərin isə günəş şüalarının dəriyə mənfi təsirindən qoruyan xüsusi kremlərdən istifadə etməsinin zəruriliyini qeyd edib. O deyib ki, dəridə qızartı, qaşınma və şişkinlik əmələ gələndə dərhal həkimə müraciət olunmalıdır.



Yayda günəş şüalarının fəsadlarından belə qorunun
Dəri xərçəngindən qorunmaq üçün günəşdən qaçın
Körpələrə Günəş kremi çəkmək lazımdırmı? PEDİATR AÇIQLAYIB
Koronadan “qorunma” vasitələri xəstəlik yaradır – HƏKİM
Üzümüzə necə qulluq edək?
Bu problemi yaşamamaq üçün nə etməliyik?
Dərini qocaldan 5 zərərli vərdiş
Bədəndə güclü qaşınma - 12 səbəb və müalicə
Günəş yanığı zamanı nə etməli? - 3 QIZIL MƏSLƏHƏT
Çillərdən təbii yolla qurtulun
Azərbaycana fəsillərin daxil olma vaxtı bilindi
Plastik butulkaları təkrar istifadə etməyin!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 