Bakı şəhər Baş Polis İdarəsi paytaxt sakinlərinə müraciət edib. İdarədən ONN media -ya verilən məlumatda bildirilir ki, fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib. İstehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb. İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət həyata keçirilir. Paytaxt sakinlərinin diqqətinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur. Mövcud qayda və tələblərə əməl etməyən, fəaliyyətinə icazə verilən sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxsləri barəsində qanunverıciliyə uyğun tədbirlər görüləcək.
Bakı polisi paytaxt sakinlərinə müraciət etdi



Polis maska taxmayanlara qarşı tədbir keçirdi
Bakı polisi nəzarəti gücləndirdi
Bakıda birgə reydlər keçirilir - FOTOLAR
Bakıda nəzarət-profilaktik tədbirlər həyata keçirilir
Polis nəzarət-profilaktik tədbirləri davam etdirir
Bunu edənlər inzibati məsuliyyətə cəlb olundu - DİN
"Neolit"də toy keçirildi - Aparıcı koronavirus xəstəsi çıxdı - VİDEO
Bakı Polisindən əhaliyə XƏBƏRDARLIQ
Bakıda karantini pozan şəxslər cərimə edildi
DİQQƏT: Bakıda reydlər keçirilir
Ad günü keçirən qadınlar tutuldu
Sumqayıtda restoran sahibi həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 