BNA-nın sədri Vüsal Kərimli koronavirusa yoluxub. ONN media xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, sədrin test nəticəsi pozitiv çıxıb: "Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb. Pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçmadan əvvəl COVİD-19 testindən keçiblər. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlinin və nümayəndə heyətinin digər bir üzvünün test müayinəsinin nəticələri pozitiv çıxıb. İdarə Heyətinin sədri və digər əməkdaş karantinə alınıb. Zəruri müayinə və müalicə tədbirləri görülür. Vüsal Kərimlinin və əməkdaşımızın səhhəti stabildir, hər hansı bir narahatlıq müşahidə olunmur. Yeni avtobusların alınmasının şəhərimiz üçün mühüm əhəmiyyəti nəzərə alınaraq səfər təxirə salınmayıb. Test nəticələri neqativ olan əməkdaşlarımız hazırda qardaş ölkədə səfərdədilər. Məlumat üçün bildiririk ki, Türkiyənin BMC şirkətinin istehsalı olan 115 ədəd avtobusun çatdırılması prosesinə bu ilin oktyabrında başlanılacaq və noyabradək yekunlaşdırılması nəzərdə tutulub".
Vüsal Kərimli Türkiyəyə gedə bilmədi - SƏBƏB İSƏ...



Prezident sərəncam imzaladı
Son 3 ildə Bakıya gətirilən yeni avtobusların sayı açıqlandı
Bakıya yeni 18 metrlik avtobuslar gətirildi
Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM
Bakıda marşrut daşıyıcılarının sayı azaldıldı
Paytaxtdakı ekspress avtobuslar karantin rejimindən sonra da işləyəcək? - BNA açıqladı
İctimai nəqliyyatda ciddi dəyişikliklər gözlənir
240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - RƏSMİ
Bakıya daha 320 avtobus gətiriləcək
Bu taxsilərin aqibəti necə olacaq? – RƏSMİ
Bakının bu qəsəbəsinə yeni marşrut xətti açılacaq
Azərbaycan-Türkiyə sənədləri imzalandı (YENİLƏNDİ)
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 