Yoluxucu xəstəliklər üzrə mütəxəssis Yasemin Çağlar qış aylarında koronavirusa yoluxma riskinin daha yüksək olduğunu qeyd edib. O, səbəb kimi insanların soyuq aylarda qapalı məkanlarda daha çox vaxt keçirdiyini göstərib. ONN media xəbər verir ki, Çağlar qrip və COVID-19 əlamətlərinin oxşar olduğunu qeyd edib. “Bu vəziyyətdə xəstəxanaların yükü artacaq. Temperatur, öskürək və boğaz ağrısı simptomları olan insanlar COVID-19 şübhəsi ilə xəstəxanalara müaciət edəcək. Bu da klinikalarada yükün artmasına səbəb olacaq. Əslində həkimlərin ən böyük qorxusudur. Odur ki, həqiqətən yüksək temperaturu və tənəffüs yolları problemi olan ciddi xəstələrin müraciət etməsi iş yükümüzü yüngülləşdirməyə kömək edəcək. Ümumi qaydalara diqqət yetirməklə yoluxma riskini azalda bilərsiniz. Buraya gigiyena qaydaları, sosial məsafə və maska daxildir”, - mütəxəssis vurğulayıb. Epidemiyanın yayılması baxımından yas, toy və əyləncə tədbirlərinin böyük risk yaratdığını qeyd edən həkim ticarət mərkəzlərində də az vaxt keçirməyi məsləhət görüb.(publika.az)
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ



İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
Yoluxma sayının artması... - Nazirlik AÇIQLADI
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
TƏBİB -dən QORXULU PROQNOZ: "Yoluxma sayı yaydakını ötə bilər”
Əhali arasında yayılan xəstəlik... – Nazirlikdən açıqlama
İki əsas faktor COVID-19 xəstəliyinə SƏBƏB OLUR
Alimlərdən ŞOK COVID-19 ARAŞDIRMASI: Bu 5 əlamət varsa...
Covid-19-la bağlı əhaliyə müraciət
Bu peyvənd koronavirusa yoluxma riskini AZALDIR
Koronavirusa inanmayanlar mütləq oxusun
TƏBİB əhaliyə müraciət etdi
Koronavirusun 9 yeni simptomu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 