Hazırda dünyada və ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artan tendensiyada davam edərək epidemik vəziyyəti gərginləşdirməkdədir. ONN media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, eyni zamanda payız və qış fəsillərində mövsümi qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir. Qeyd olunub ki, koronavirus (COVID-19) infeksiyası ilə yanaşı sözügedən xəstəliklərlə epidemik vəziyyətin gərginləşmə ehtimalının minimuma endirilməsi məqsədi ilə respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü olaraq qrip əleyhinə vaksinasiya tədbirləri 2020-ci il 12 oktyabr tarixindən başlayaraq bir ay müddətində həyata keçiriləcək. Ölkəmizə gətirilən Abbott Biologicals şirkəti tərəfindən Niderland Krallığında istehsal olunmuş İnfluVak Tetra peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir. ÜDS təşkilatı tərəfindən təsdiqlənmiş və 2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur . Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Bu peyvəndir dozallanmasında və aseptik şəraitdə vurulmasında ən uyğun qablaşdırmadır. 6 aydan başlayaraq uşaqlara da vurula bilər. Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmaldır. Vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində həyata keçiriləcək.
TƏBİB-dən virusla bağlı ÜZÜCÜ XƏBƏR



Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başladı
İnfeksionist XƏBƏRDARLIQ ETDİ: İndi qripə yoluxmaq...
Məhkumlar vaksinasiya olunacaq - SİYAHIYA DAXİL EDİLDİ
Azərbaycanda pandemiya xəstəxanaları fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA
Vəziyyəti ağır olan xəstələrin sayı nə qədərdir? - TƏBİB AÇIQLADI
TƏBİB süni tənəffüs cihazına qoşulanların sayını açıqladı
Azərbaycanda neçə xəstə süni tənəffüs cihazındadır? - SON STATİSTİKA
Azərbaycanda koronavirusla mübarizədə MÜHÜM XƏBƏR
SON DƏQİQƏ: Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - Ölən var
TƏBİB məlumat yaydı - SON DƏQİQƏ
Tibb işçilərinə ŞAD XƏBƏR! - Ödəmələr BAŞLADI
Azərbaycanda 15 ağır korona xəstəsinə immun plazma köçürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 