Qax rayonunun Qorağan kənd sakini Süleyman Süleymanov həyətində bölgəyə xas olmayan Hind narı yetişdirib. ONN media xəbər verir ki, təsərrüfat sahibi bitkinin toxumlarını 2 il əvvəl əldə etdiyini deyib. "Bu il əkdim. Məhsul da göz qabağındadır. Mən bunu hobbi olaraq yetişdirirəm. İldən-ilə yeni-yeni meyvələr və bitkilər artırıram. Onları yetişdirmək istəyənlərə verirəm. Mənə elə gəlir ki, Hind narına düzgün qulluq edilsə, onu hər adam yetişdirə bilər", - deyə Süleymanov bildirib. Həyətini gülüstana çevirən Süleyman Süleymanovun yetişdirdiyi digər maraqlı bitki isə armudvari balqabaqdır. Bu balqabaqdan əsasən suvenir kimi istifadə edilir: "Yarısı sarımtıl, yarısı isə yaşıldır. Bərk formadadır. Dekorativ kimi istifadə olunur. Bunun üst sarımtıl hissəsi səliqə ilə kəsilib götürülür və içərisi təmizlənir. Sonra isə üst hissə aşağıya yapışdırılır. Nəticədə də qədəh alınır. Bunu da bu il yetişdirmişəm". Qorağan kənd sakininin yetişdirdiyi qeyri-adi bitkilərdən biri də sarmaşıq gülüdür. Digər dekorativ bitkilərdən fərqli olaraq, o, hər il payızda tamamilə məhv olur. "Sarmaşıq gülü noyabrda məhv olub gedir. Sonrakı ilə yenidən toxumunu səpirəm", - Süleymanov bildirib. Kənd sakini onu da əlavə edib ki, yeni bitkilər axtarışındadır və gələn il qeyri-adiliyi ilə seçilən bitkilərin sayını daha da artıracaq. / "Sputnik"
Qaxda qəribə ekzotik meyvə yetişdirildi - FOTO



Qax sakini "subtropik möcüzə" yaradır: ananas, banan da yetişdirəcək
Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO
Nərminin qatili azad edilir?
Nərmini öldürən şəxsə yeni ittiham irəli sürüldü
İlkin Süleymanov son söz deyəcək
Prokurorluqdan Nərminin qətli haqda: Yeni məlumat...
İlkin Süleymanova ağır cəza verildi
Nərmin Quliyeva cinayəti: İlkin Süleymanovun dustaq yoldaşları DANIŞDI
İlkin Süleymanov istintaqa hansı açıqlama verdi?
Nərmin Quliyevanın qətl işi ilə bağlı YENİ XƏBƏR
Məhkəmə Nərminin qatili ilə bağlı QƏRAR VERDİ
İlkin Süleymanov məhkəmədə ifadə verib
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 