Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yaxın vaxtlarda iclasının keçirilməsi gözlənilir. İclasda Komissiya üzvləri özlərinə sədr seçəcəklər. Bununla yanaşı, Azərbaycanda korrupsiya ilə bağlı vəziyyətin müzakirə edilməsi gözlənilir. Qeyd edək ki, Komissiyanın beş üzvü Prezident, beş üzvü Milli Məclis, beş üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin olunur. Milli Məclisin 2020-ci il 5 iyun tarixli qərarı ilə deputatlar Adil Əliyev, Əminə Ağazadə, Elşad Mirbəşiroğlu, Arzu Nağıyev və parlament Aparatının rəhbəri Səfa Mirzəyev Komissiyanın üzvü təyin edilib. Avqustun 26-da Konstitusiya Məhkəməsi Komissiyaya Baş prokuror Kamran Əliyevi üzv təyin edib. K.Əliyev bu vəzifədə keçmiş Baş prokuror Zakir Qaralovu əvəzləyib. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov da Komissiyanın üzvləridir. Avqustun 31-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Komissiyaya üzv təyin olunublar. Qeyd edək ki, həmin vaxta qədər Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev olub. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya 2004-cü ilin 3 martında yaradılıb. Qurum korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqanın funksiyalarını həyata keçirir.(oxu.az)
Ramiz Mehdiyevin yerinə sədr seçiləcək



Gözlər KM- də- Mühüm qərar gözlənilir
Bu şəxslərin maaşı artırıldı
İlham Əliyevdən yeni təyinatlar
Bu gün Milli Məclisin sədri seçiləcək
Milli Məclis Aparatına rəhbər TƏYİN OLUNDU
Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək
Prezident bu komissiyanın tərkibini dəyişdi
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada təşkil olunacaq
Milli Məclisin deputatlarına pul mükafatı verildi
Ramiz Rzayev Ali Məhkəmənin sədri təyin edilib
Vəkillər Kollegiyasına yeni sədr seçildi
Milli Məclisə yeni sədr seçiləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 