Səfa Mirzəyev yenidən Milli Məclis Aparatının rəhbəri təyin olunub. Bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb. Qeyd edək ki, S.Mirzəyev 1952-ci il mayın 12-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir çox elmi əsərlərin müəllifidir. Birinci dərəcə dövlət müşaviri, əməkdar dövlət qulluqçusudur. MDB Parlamentlərarası Assambleyasının “Birlik” ordeni və Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib. Rus və ingilis dillərini bilir. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, 1983–1985-ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. 1985-ci ildə universitetin Hüquq fakültəsinin dekan müavini təyin edilib. 1983-cü ildə gənc alim və mütəxəssislərin Ümumittifaq müsabiqəsinin qalibi olub. 1990-cı ilin aprel ayında SSRİ Ali Soveti tərəfindən SSRİ Konstitusiya Nəzarəti Komitəsinin üzvü seçilib, 2 ilə yaxın həmin vəzifədə çalışıb. 1992-ci ilin yanvar ayında Azərbaycana qayıtmış, Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Hüquqi təminat və nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1993–1996-cı illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Baş katibi vəzifəsində çalışıb. 1996-cı ildən Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəridir. 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiyanın üzvü olmuş, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında fəal iştirak edib. Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, 2 övladı var. //Report
Milli Məclis Aparatına rəhbər TƏYİN OLUNDU



Milli Məclisin birinci vitse-spikeri kimdir? - Dosye
MM-in yeni seçilən vitse-spikeri kimdir? - Dosye
Oman Sultanlığına yeni təyin olunan səfirimiz kimdir? - DOSYE
İlham Əliyevin təltif etdiyi şəxslər kimdir?
Milli Məclisin sədri vəzifəsinə namizəd kimdir? - TƏRCÜMEYİ-HAL
Təhsil Nazirliyində yeni təyinat
Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE
Başçı təyin edilən gənc deputat kimdir? – Video
Prezidentin Oğuza icra başçısı təyin etdiyi Cavid Əbdul-Qədirov kimdir? - DOSYE
İlham Əliyev nazir müavini təyin etdi
Kamal Abdullanın oğluna yüksək vəzifə verildi
İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 