Lənkəran rayon Xanbulan bələdiyyəsinin sədri işləmiş Kazım Məmmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılıb.
Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Kazım Məmmədovun 2019-cu ilin sentyabr ayında bələdiyyə sədri işlədiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinin Teymur Şahbazovun adına sənədləşdirilməsini öz üzərinə götürərək, bunun müqabilində sonuncudan üç min manat məbləğində pul vəsaitini alıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib imzası və sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq etməsi nəticəsində Teymur Şahbazovun hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.Azərbaycanda sabiq vəzifəli şəxs barəsində cinayət işi başladı



Sabiq bələdiyyə sədri həbs edildi
Bu şəxslər barəsində cinayət işi açıldı
Azərbaycanda vəzifəsini itirən sabiq sədrə cinayət işi açıldı
Azərbaycanda yüksək vəzifədə çalışmış şəxs həbs edildi - NİYƏ?
Vilyam Hacıyevin məhkəməsində şahid dindirilib
Vilyam Hacıyevin məhkəməsi təxirə düşüb
Vilyam Hacıyevə hökm oxundu
“Rabitəbank”ın əməkdaşı həbs edildi
Azərbaycanda daha bir vəzifəli şəxsə CİNAYƏT İŞİ açıldı
Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Azərbaycanda şirkət rəhbəri məhkəməyə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 