Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir. Həmin tədbirlərdən biri kimi, Neftçala rayonu, Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında Neftçala rayon prokurorluğunda araşdırma aparılıb. Rayon prokurorluğundan ONN media -ya bildirilib ki, araşdırmalarla Qismət Qəfərov tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş bələdiyyə əmlakı olan 7 min 650 manat məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı



Azərbaycanda daha bir vəzifəli şəxsə CİNAYƏT İŞİ açıldı
Azərbaycanda vəzifədə çalışmış qadına cinayət işi açıldı
Azərbaycanda vəzifəsini itirən sabiq sədrə cinayət işi açıldı
Bu bankın xəzinədarı HƏBS EDİLDİ - Yarım milyonluq mənimsəmə
Azərbaycanda sabiq məktəb direktoru tutuldu - BU SƏBƏBDƏN
Azərbaycanda bağça müdirinə cinayət işi açılıb
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı - SƏBƏB?
Azərbaycanda sabiq vəzifəli şəxs barəsində cinayət işi başladı
Bu şəxslər barəsində cinayət işi açıldı
Azərbaycanda şirkət rəhbəri məhkəməyə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 