Son günlər tibbi maska taxaraq oğurluq edənlərin sayı artıb. Oğrular yaranmış vəziyyətdən sui-istifadə etməyə çalışırlar. Əksər hallarda isə onların üzləri təhlükəsizlik kamerasına düşmür və oğurluq edənin şəxsiyyətini müəyyənləşdirmək çətinləşir. ONN media xəbər verir ki, kriminalist, keçmiş polis rəisi Mahmud Hacıyev axar.az-a açıqlamasında bu cür cinayətlərin çözülmə üsullarından danışarkən deyib ki, hazırda yaranmış vəziyyətdən oğrular öz məqsədləri üçün istifadə edir: “Onlar da insandır, beyinləri çox yaxşı işləyir. Amma ağıllarını pis əməllərə yönəldirlər. İndi hamı tibbi maskadan istifadə edir. Heç kim onlara deyə bilməz ki, maska taxmayın. Qəribə vəziyyətdir. Həmin adamlar tibbi maskadan istifadə edirsə, deməli, peşəkar oğrular, cinayətkarlardır. Ona görə tibbi maska taxırlar ki, başqaları onların nə vaxtsa, tamam ayrı bir yerdə oğurluq etdiyini görə, tanıya bilərlər. Onlar ehtiyatı əldən vermirlər. Belə olan halda əməliyyatçıların işi çətinləşir”. Kriminalistin fikrincə, hüquq-mühafizə orqanları bu cür hallarda oğruları yaxalamaq üçün alternativ yollardan, texniki vasitələrdən istifadəyə üstünlük verməli olurlar: “Yüksək inkişaf etmiş ölkələrdə barmaq izlərinin kartotekası güclüdür. Üz tanınmırsa, barmaq izləri yoxlanılır. Çünki məşhur oğruların barmaq izləri bütün polis orqanlarında mövcuddur. Bunlar “tanış və ya məşhur barmaqlar” adlandırılır. Onların vasitəsi ilə oğrular, cinayətkarlar müəyyənləşdirilir. Oğru üzünü örtürsə, barmağına fikir vermir, barmağını örtmür. Hətta əlcək də iz götürməyə mane olmur. Onların “populyar naxışları” cinayət törətdiyi yerlərdə mütləq qalır. Bundan sonra bilinir ki, vaxtilə oğurluq etmiş adamın barmaq izidir, yoxsa başqasıdır”. Mahmud Hacıyev maskadan istifadə edən oğrular üçün də xüsusi cihazların olduğunu deyib: “Ağ maskanın yox, amma göy, qara rəngli maskadan istifadə edənlərin üzlərini müəyyənləşdirmək üçün ultrabənövşəyi şüalardan istifadə edilir. Bu zaman gizli üz neytrallaşdırılır, sifət ağarır və oğrunun, cinayətkarın kimliyi müəyyənləşir. Bu, daha effektiv üsuldur. Rusiyada, Avropada bundan geniş istifadə olunur. Yenə də faktın təsdiqlənməsi üçün barmaq izlərinə ehtiyac duyulur”.
Maska oğruların işinə yarayır: nə etməli? - Kriminalist



Avtomobillərdə maskadan istifadə... - Açıqlama
Əlcək və maskadan istifadə etməyən şəxslərdə cərimələnəcək? - RƏSMİ AÇIQLAMA
İlham Əliyev tibbi maska taxdı
DİQQƏT: Maskadan istifadə etməyənlər cərimələnəcək
Buna görə cərimə tətbiq edilməlidir- Baş infeksionist
Şəxsi avtomobildə maska taxılmalıdır? - RƏSMİ AÇIQLAMA
Şəxsi maşında maska taxmaq məcburidir?- Rəsmi
Bakı metrosundan istifadə edəcək sərnişinlərin nəzərinə - BU TƏLƏBLƏR OLACAQ
Filtrli maskalar təhlükəlidir?
Maskası olmayanlara pulsuz maska paylanılır
Maşında tək olan sürücü maska taxmadığına görə cərimələnə bilər? - RƏSMİ
Tibbi maska taxmaq məcburi olur?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 