Bakı Nəqliyyat Agnetliyinin (BNA) vahid taksi tarif sisteminə keçidlə bağlı mövqeyi ciddi narazılıqlara səbəb olub. Bu yeniliyə cəmiyyət birmənalı şəkildə “yox” deyir və ekspertlər vahid sistemin yanlıq olduğunu düşünürlər. Bundan başqa, ötən günlərdə BNA yetkinlisinin (artıq sabiq) “taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək olmaz” və “taksidən yalnız imkanlı adamlar istifadə etməlidirlər” fikirləri etirazlar doğurdu. ONN media xəbər verir ki, mövzuya dair AYNA-ya açıqlama verən Milli Məclisin üzvü Vahid Əhmədovun sözlərinə görə, taksi təkcə imkanlılar deyil hamı üçündür. O deyib ki, istənilən şəxs vacib işi olanda və ya istədiyi vaxt taksidən istifadə edə bilər və bu, onun haqqıdır. Deputat vahid tarif məsələsinə də toxunub: “Birincisi, taksilərdə xidmət səviyyəsi çox aşağıdır. Hesab edirəm ki, əvvəlcə bu məsələyə baxmaq lazımdır. Çünki xidmət yüksək səviyyədə olmalıdır ki, insanlar bundan razı qalsınlar. İkincisi, tariflər elə hazırlanmalıdır ki, nə sürücülər, nə də vətəndaşlar bundan əziyyət çəksinlər. Yəni, tarifi yüksək məbləğdə qəbul etmək olmaz. Üçüncüsü, bu gün ölkəmizə kifayət qədər taksilər gətirilib. Taksi fəaliyyətinə yaramayan taksilər dövriyyədən çıxarılmalı, ölkəyə gətirilən taksilər uyğun qiymətlərlə fəaliyyət göstərməlidir”. “Lakin avtomobili taksi fəaliyyətinə uyğun olmayan şəxslərin iş məsələsi də həll olunmalıdır. Nəzərə almaq lazımdır ki, indi pandemiya dövrüdür, neftin qiyməti aşağı düşür, işsizlik artır və s. bu mənada işsiz adam qalmamalıdır. Bir sözlə, bu cür qərarlar dəqiq şəkildə hazırlanmalı və ölkədəki vətəndaşların durumu nəzərə alınmalıdir”, – Əhmədov vurğulayıb. Milli Məclis üzvü, son zamanlar ictimai nəqliyyatda gedişhaqlarının artacağı barədə dolaşan ehtimallara da münasibət bildirib: “Yayılan bu söhbətlərə inanmıram. Çünki bununla bağlı hər hansı bir qərar yoxdur. Elə söhbətlərin dolaşdığından xəbərdaram. Amma indiki vəziyyətdə – pandemiya dövründə ictimai nəqliyyatda gedişhaqlarının artırılmasına ehtiyacın olmadığını düşünürəm”.
Taksilərlə bağlı daha bir AÇIQLAMA



BNA-dan taksi qiymətləri ilə bağlı - AÇIQLAMA
Azərbaycanda taksilərlə bağlı konsepsiya hazırlanır
Avtobuslarda gediş haqqı 40-50 qəpik olacaq — AÇIQLAMA
Taksilərlə bağlı YENİLİK - Vahid nəzarət sistemi yaradıla bilər
Taksilərdə yeni aparatlar quraşdırılıb
Yeni ildən taksilərdə yenilik olacaq
"London taksiləri" ilə bağlı narazılıqlara RƏSMİ münasibət
Vahid taksi xidməti yaradılacaq? - Nazir müavini açıqladı
Taksi xidmətlərində nə baş verir?- AÇIQLAMA
Taksidən istifadə edənlər MÜTLƏQ OXUYUN
Taksi sürücülərinə BƏD XƏBƏR
Bu işçilərin maaşları artırıldı- ŞAD XƏBƏR
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 