Türkiyədə koronavirusa yoluxan ilk xəstələrdən biri olan 73 yaşlı vətəndaş Oğuz Peker 4 ay komada qaldıqdan sonra ayılıb. ONN media xəbər verir ki, 23 martda xəstələnən Oğuz Peker 4 ay sonra özünə gəldikdə, “Yol qəzası etmişəm? Niyə hamı maskalıdır?”, - deyə soruşub. Hər kəsin maska taxdığı tamamilə fərqli bir dünyaya oyanan Peker pandemiya səbəbindən baş verənləri anlamaqda çətinlik çəkdiyini bildirib. Belə ki, Türkiyədə koronavirusla bağlı ilk rəsmi açıqlama 11 martda verilib. Ertəsi gün isə sözügedən şəxsin sağlamlıq vəziyyəti pisləşməyə başlayıb. İlk günlərdə halsızlıq və davamlı yatmaq istəyi hiss edən Peker daha sonra səsinin boğulmağa başlaması və ümumi vəziyyətinin daha da pisləşməsi ilə xəstəxanaya yerləşdirilib.
23 martda özəl xəstəxanaya aparılan O.Pekerin ağciyərində buzlu şüşənin aşkarlanması ilə ona koronavirus diaqnozu qoyulub. Xəstəxanaya yerləşdirildikdən iki sonra o, komaya girib və 125 gün fasiləsiz reanimasiyada müalicə alıb. 11 avqustda reanimasiyadan çıxdıqdan sonra Peker özünü yenidən dünyaya gəlmiş kimi hiss etdiyini, gözlərini tamamilə fərqli bir dünyaya açdığına təəccübləndiyini və beynindəki bir çox sual ilə yeni dövrü anlamağa çalışdığını bildirib. İlk dəfə özünə gələndə “Yol qəzası etmişəm, mənə nə olub? Niyə hamı maskalıdır?”,-deyə soruşan Peker bütün bunların koronavirus infeksiyası ilə əlaqəli olduğunu eşidəndə inanmadığını söyləyib. Təxminən 5.5 aydan sonra evə buraxılan Oğuz Peker həkimlərə göstərdikləri qayğıya görə təşəkkür edib.(qafqazinfo.az)Komadan ayılandan sonra ilk sualı “niyə hamı maska taxır?” oldu



Sedat Pekerin qardaşı HƏBS EDİLDİ
Maska ilə qaçdığı üçün elə birşey oldu ki...- ŞOK
Bəhram Bağırzadə: “Hamı elə bilir ki, hər şey yaxşıdır, əslində...”
SON DƏQİQƏ: "Qalatasaray"ın prezidenti xəstəxanaya yerləşdirildi
Paşinyan bu gün istefaya gedir?
İranda əxlaq polisinin döydüyü yeniyetmə qız öldü
Koronavirusla bağlı ŞAD XƏBƏR
Koronavirusa yoluxan Xalq artistindən XƏBƏR VAR: başqa xəstəxanaya köçürüldü
Necə oldu ki, Türkiyədən deportasiya edilən “Lotu Quli” geri döndü?
Məşhur müğəninin vəsiyyəti hamını TƏƏCCÜBLƏNDİRDİ
Qorbaçov xəstəxanaya yerləşdirildi
Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı - AÇIQLAMA
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 