Bundan sonra işəgötürənin ləğvi və ştatın ixtisarı nəticəsində işdən azad olunan şəxslərlə yanaşı müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişiklik barədə dərc etdiyi məlumatda qeyd olunub. Belə ki, bu işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönələn addımdır. İşsizlikdən sığorta ödənişi üçün müraciət etmək istəyən şəxslərin ilk olaraq “Məşğulluq” altsistemində (və ya müvafiq məşğulluq mərkəzinə müraciət etməklə) qeydiyyatdan keçməsi tələb olunur. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir. İşsizlik sığorta ödənişləri iki halda təyin edilir: - Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı bir il sığorta stajı olduqda, - Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda. İşsizlikdən sığorta ödənişinin hesablanması qaydası isə aşağıdakı şəkildə aparılır: -Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində, -Əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün isə işsiz kimi qeydiyyata alındığı tarixdən üç ay sonra - minimum aylıq əməkhaqqı məbləğində üç ay müddətində ödənilməsi nəzərdə tutulur. Qeyd edək ki, qanuna edilimiş yeni dəyişikliyə əsasən işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq, avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.
İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK



Əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı azaldıldı
İşsizlərə sığorta ödənişinin müddəti artırıldı
Nazirlik: İşdən çıxarılan şəxslərə sms bildiriş göndəriləcək
Nazirlik bu şəxslərə müraciət etdi
Baş nazirdən qərar- Pul veriləcək
İsşizlər üçün MÜHÜM XƏBƏR
Torpaq payına görə vətəndaşların işsizlikdən sığorta ödənişi almaq hüququ olacaq
İşsiz vətəndaşlara 200 manat ödəniş olunacaq?- Rəsmi
İşsizlikdən sığorta pulu alanların nəzərinə!
Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur
Vergilər Nazirliyindən vergi ödəyicilərinə MÜRACİƏT
İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcəsi artırılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 