Baş Nazir Novruz Məmmədov "Peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi Qaydası”nın təsdiq edib. ONN media xəbər verir ki, qayda "Məşğulluq haqqında” Qanunun 29.3-cü maddəsinə əsasən hazırlanıb. Qaydaya görə, işsiz kimi qeydiyyata alınmış şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon məşğulluq orqanları və "DOST” mərkəzlərinın göndərişi ilə peşə hazırlığı aldığı dövrdə aylıq təqaüd almaq hüququna malikdirlər. İşsizlikdən sığorta ödənişi alan işsiz şəxs peşə hazırlığına cəlb olunduqda, ona işsizlikdən sığorta ödənişini aldığı dövrdə təqaüd verilmir. Peşə hazırlığı dövründə təqaüdün məbləği minimum aylıq əməkhaqqı məbləğində müəyyən olunur. Peşə hazırlığı dövründə bu Qaydanın 1.4-cü bəndi ilə müəyyən edilmiş məbləğdə təqaüd Xidmət tərəfindən peşə hazırlığına cəlb olunan işsiz şəxsin bank hesabına köçürülür. Peşə hazırlığına cəlb olunan işsiz şəxsə təqaüdün ödənişi tədris prosesi başlandıqdan sonra növbəti ayın 5-dən gec olmamaqla ödənilir. Tədris ayı tam olmadıqda, təqaüdün məbləği həmin ay ərzində olan iş günlərinin sayına bölünüb tədris günlərinin sayına vurulmaqla müəyyən edilir. Peşə hazırlığına cəlb olunmuş işsiz şəxsə verilən təqaüd aşağıdakı hallarda dayandırılır: - işsiz kimi qeydiyyatı ləgv edildikdə; - işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarıldıqda; - təhsil müəssisəsindən xaric olunduqda.
Baş nazirdən qərar- Pul veriləcək



Azərbaycanda bu şəxslərə 250 manat təqaüd verilir - RƏSMİ
Bu şəxslərə işsiz olduğu üçün 250 AZN təqaüd təyin olunur
Azərbaycanda bu şəxslərə təqaüd veriləcək
İşsizlərə sığorta ödənişinin müddəti artırıldı
Nazirlik işəgötürənlərə müraciət etdi
Baş nazirdən işsizlərlə bağlı VACİB QƏRAR
50 mindən çox işsizə iş verildi
Sosial iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi QAYDASI
İşsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı YENİLİK
İşsizlərin nəzərinə! - Əmək yarmarkası keçiriləcək - SİYAHI
İşsizlərə SEVİNDİRİCİ XƏBƏR
Nazirlik bu şəxslərə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 