28.09.2020-ci il tarixindən qüvvəyə minən hərbi vəziyyət müddətində Bakı şəhəri üzrə ictimai nəqliyyat xidmətlərinin göstərilməsi və sərnişindaşımalarda fasiləsizliyin pozulmaması məqsədilə zəruri tədbirlər görülür. Pandemiya zamanı olduğu kimi hərbi vəziyyət müddətində də sərnişinlərin, xüsusilə həyat əhəmiyyətli strateji sahələrdə, o cümlədən ictimai təhlükəsizliyin qorunması, hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən müəssisələrdə işləyən şəxslərin avtobuslarla daşınması təmin olunacaq. Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, metro ilə sərnişindaşımaların adi rejimdə (06:00-dan 00:00-dək) təşkilini nəzərə alaraq, sərnişinlərin bir nəqliyyat növündən digərinə keçidinin təmin edilməsi məqsədilə avtobusların fəaliyyəti də eyni qaydada təşkil ediləcək. Yəni ilkin mərhələdə Bakı şəhərinin inzibati ərazisində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma xidmətinin təşklində hər hansı dəyişiklik olunmayacaq. Avtobuslar əvvəlki günlərdə olduğu kimi, adi rejimdə sərnişinlərimizin xidmətində olacaq. Lakin hərbi vəziyyətin davam etdiyi qarşıdakı günlərdə sərnişindaşımaların təşkilinə dair statistik təhlillər aparılacaq. Əldə olunan nəticələrə uyğun olaraq komendant saatı müddətində (saat 21:00-dan sonra) marşrut xətləri üzrə avtobusların sayı, hərəkət cədvəli və intervalı ilə bağlı dəyişikliklər edilməsi istisna edilmir. Planlaşdırılan dəyişikliklər barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.
Avtobuslar adi rejimdə işləyəcək - BNA



Bakıda exspres marşrutların fəaliyyəti dayandırılır
BNA: Sərnişindaşıma tam dayandırılır, iyunun 5-də isə...
Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir - DİQQƏT
Bakıda bu marşrut xətlərinin fəaliyyəti bərpa edilir
Sərnişinlərin DİQQƏTİNƏ!
Bakıda bu marşrut xətləri ləğv ediləcək
Bakıda marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq
Ekspress avtobuslar yenidən fəaliyyətə başladı
Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir
Metro 2 gün gücləndirilmiş rejimdə işləyəcək
“Bakı Metropoliteni”ndə bu qaydalar tətbiq ediləcək - SİYAHI
3 marşrutun hərəkət istiqaməti dəyişir - Sərnişinlərin NƏZƏRİNƏ!
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 