Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artilleriya atəşinə tutulur. ONN media xəbər verir ki, bunu "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın rəhbəri Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, nəticədə mülki əhali arasında 20-dən çox şəxs həlak olub, 50-dən çox şəxs isə yaralanıb: "Həmçinin evlərə və mülki infrastruktura böyük ziyan vurulub. Bu, bir daha onu göstərir ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin niyyəti qeyri-insani əməllər və müharibə cinayətləri vasitəsilə torpaqlarımızın işğalını davam etdirməkdən ibarətdir. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bu ədalətsiz müharibənin qurbanları olmuş şəxslər kimi bildiririk ki, Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir. Azərbaycan Silahlı Qüvvələri Ermənistandan fərqli olaraq, heç bir halda mülki əhalini hədəfə almır. Lakin Ermənistanın rəhbərliyi məqsədli şəkildə hərbi obyektləri yaşayış yerlərinin yanında yerləşdirib. Belə qeyri-insani hərbi-siyasi rəhbərlikdən hər şey gözləmək olar". "Azərbaycan özünün Dağlıq Qarabağ bölgəsinin erməni əhalisinə deyil, məhz işğalçı Ermənistan ordusuna qarşı döyüşür. Bizim məqsədimiz 30 ilə yaxındır həsrətində olduğumuz Qarabağımızı işğaldan azad etmək, oradakı doğma evlərimizə qayıtmaq və erməni icması ilə birgə sülh şəraitində yaşamaqdır", - T.Gəncəliyev bildirib.
Mülki əhali arasında 20-dən çox şəxs həlak olub - Gəncəliyev



Bərdə terroru ilə bağlı konstitusiya məhkəmələrinə müraciət edildi
Ölənlərin arasında FHN-in əməkdaşı da var
Tural Gəncəliyev onları Azərbaycan xalqından üzr istəməyə çağırdı
Gəncədə 1 mülki şəxs həlak olub - 4 nəfər yaralanıb
Hikmət Hacıyev Gəncənin vurulmağından danışdı
Prokurorluq Gəncə terroru ilə bağlı bəyanat yaydı
AŞPA iclasında erməni təxribatından danışıldı
Gəncənin ikinci raket hücumuna məruz qalmasından 2 il ötür
Ölkə başçısı: Qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib
Ukraynada nə qədər mülki şəxs həlak olub?
Ermənilərin Gəncədə törətdikləri terrordan 2 il keçir
Son üç-dörd günün hadisələri Ermənistan rəhbərliyi üçün dərs olmur - İlham Əliyev
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 