Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, Milli Məclisin Azərbaycan-Kanada Parlamentlərarası dostluq qrupunun rəhbəri Tural Gəncəliyev Kanada Parlamentinin senatoru Leo Housakos və Ontario yerli parlamentinin üzvü Gurratan Singhə həm video, həm də yazılı formata etirazını bildirib. İcmadan verilən məlumatda bildirilir ki, son günlər adıçəkilən şəxslər Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğalını dəstəkləyən bəyanatlar səsləndiriblər. Tural Gəncəliyev həmin şəxslərin və bütün Kanada Parlamentinin üzvlərinin diqqətinə münaqişə bölgəsindən uzaqda yerləşən Azərbaycanın yaşayış məntəqələrinə Ermənistan tərəfindən atılan qadağan olunmuş raketlər nəticəsində 100-ə yaxın mülki əhalinin öldürülməsi və onların 10 nəfərinin azyaşlı körpə olması faktını çatdırıb. İcma rəhbəri onlara bildirib ki, seçicilərinizin hüquqlarını qorumaq əvəzinə sizə verilən tribunadan erməni lobbisinin ruporu kimi çıxış etməyiniz seçicilərinizə hörmətsizlik kimi qiymətləndirilir. “Siz bu hərəkətlərinizlə Ermənistan silahlı qüvvələrinin Azərbaycan mülki vətəndaşlarına qarşı törədilən müharibə cinayətlərinin müdafiəçisinə çevrilirsiniz”. Müraciətdə Tural Gəncəliyev Kanadanın Ontario və Quebec bölgələrinin əhalisinə səslənərək bildirir ki, bu gün sizi parlamentdə təmsil edən şəxslər günahsız insanların ölümlərinə bütün insan haqqlarını kobud şəkildə pozaraq haqq qazandırır. Bu siyasətçilər doğrudanmı sizin dəstəyinizə layiqdirlər? Azərbaycan-Kanada parlamentlərarası dostluq qrupunun rəhbəri T. Gəncəliyev, Singh və Housakosun xalqımıza qarşı qərəzli mövqelərini kəskin şəkildə qınamaqla yanaşı, onları Azərbaycan xalqından üzr istəməyə çağırıb.
Tural Gəncəliyev onları Azərbaycan xalqından üzr istəməyə çağırdı



Ermənilər Tural Gəncəliyevi terrorla təhdid etdi
Gəncəliyev fransalı səfirlə görüşdü
Mülki əhali arasında 20-dən çox şəxs həlak olub - Gəncəliyev
Paris görüşü ümidlərimizi artırır - Tural Gəncəliyev
Tural Gəncəliyev Türkiyədə səfərdədir
Gəncəliyev: "Ermənilər yeni hücumlara hazırlaşır"
Tural Gəncəliyev İsveçin Xarici İşlər naziri ilə görüşüb
Tural Gəncəliyevdən ermənilərə İSMARIC
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış etdi
Erməni icması azərbaycanlılarla yaşamağa hazırdır
Tural Gəncəliyev: Azərbaycanlı icma öz torpaqlarına geri qayıtmadan...
Tural Gəncəliyevdən Qarabağ separatçılarının rəhbərinə CAVAB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 