Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən ONN media -ya verilən məlumatda bildirilir: "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-dan ertəsi gün saat 06:00-dək komendant saatı tətbiq edilib. Bir daha hərəkət iştirakçılarından xahiş edirik ki, komendant saatının tətbiq edildiyi inzibati ərazilərdə yaşayan və ya həmin ərazilərə giriş-çıxış edən şəxslər gedəcəkləri ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək səfərlərini başa çatdırsınlar, eləcə də komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmasınlar. Həmçinin komendant saatı müddətində fəaliyyətinə icazə verilmiş sahələr üzrə xidmət göstərən, xüsusilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, qeyd olunan müddət ərzində komendant saatı tətbiq edilmiş inzibati ərazilərdə nəqliyyat vasitələri ilə hərəkət etmək zərurəti yarandığı təqdirdə mütləq qaydada sürücü və yükü müşayiət edən digər şəxslər haqqında müvafiq məlumatlar gücləndirilmiş elektron imzadan istifadə olunmaqla "icaze.e-gov.az" portalına daxil edilərək xüsusi icazə alınmalıdır".
DİN -dən sürücülərə müraciət



Baş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə MÜRACİƏT
DİN-dən vətəndaşlara komendant saatı ilə bağlı MÜRACİƏT
Komendant saatında BUNU EDƏNLƏR cəza alacaq
Xarkovda komendant saatı elan olundu
Qonşu ölkədə komendant saatı yenidən tətbiq olunur
Türkiyədə komendant saatının müddəti AZALDILDI
Şəhərlərarası ictimai nəqliyyat BU SAATA qədər işləyəcək
Komendant saatının ləğvi ilə bağlı VACİB AÇIQLAMA
Bu gündən Xarkovda komendant saatı dəyişir
Kabildə komendant saatı elan edildi
Bakı və daha 21 şəhər-rayonda komendant saatı başlayıb
Kiyev vilayətində komendant saatı tətbiq edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 