ONN İnformasiya Agentliyi

Melaniya Trampdan bir ilk

Melaniya Trampdan bir ilk
2-10-2018, 13:19


ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp beynəlxalq səfərə çıxır.

ONN media xəbər verir ki, Afrika səfərində Qana, Malavi, Keniya və Misiri ziyarət edəcək olan Melaniya bu dəfə tək, Donaldsız yola çıxacaq.
Bu barədə Melaniyanın mətbuat katibi Stefani Qrişam məlumat verib:

“Melaniya səfər etdiyi ölkələrin problemlərinin həll yollarını axtaracaq. O, bu ölkələrin problemlərini öyrənmək istəyir və ABŞ-ın bu problemlərin həll yollarını tapacağına inanır”.

Qeyd edək ki, Donald Tramp yanvar ayında Ağ Evdə çıxışı zamanı ABŞ-a miqrant kimi gələn insanlarla bağlı danışmışdı və Afrika ölkələrini nəzərdə tutaraq təhqiredici ifadələrdən istifadə etmişdi.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png