Prezident İlham Əliyev XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət edib. Müraciətdə deyilir: "Hörmətli sammit iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm. Vəqfin sülh və dialoqun təşviqinə, regional və qlobal əməkdaşlığın genişləndirilməsinə töhfələrini yüksək qiymətləndirirəm. Avrasiya İqtisadi Zirvə toplantıları Avrasiya bölgəsində iqtisadi, siyasi münasibətlərin inkişafı və xalqlar arasında əlaqələrin dərinləşməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Regional əməkdaşlığın mühüm platformalarından birinə çevrilmiş bu ənənəvi görüşlərdə zamanın yeni çağırışlarının və müasir inkişaf meyillərinin daim diqqət mərkəzində saxlanılması təqdirə layiqdir. XXIII sammitin gündəliyində postpandemiya dövrünün əsas prioritetləri və beynəlxalq miqyasda böyük təhlükə təşkil edən terrorizm problemlərinin geniş müzakirəsinin nəzərdə tutulması bunun bariz nümunəsidir. Azərbaycan uzun illərdən bəri Avrasiyada münasibətlərin möhkəmlənməsi, ölkələrin iqtisadi potensialının və təbii ehtiyatlarının xalqların rifahına və tərəqqi məqsədlərinə yönəlməsi istiqamətində region dövlətləri, o cümlədən qardaş Türkiyə ilə birgə ardıcıl fəaliyyət göstərməkdədir. Türkiyənin artan gücünün təzahürü olaraq enerji təhlükəsizliyi sahəsində atdığı önəmli addımlar bizi sevindirir. Bununla yanaşı, Avrasiya məkanında sabitliyi təhdid edən mühüm amil Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyədək öz həllini tapmamasıdır. Avantürist Ermənistan rəhbərliyi dünyanın diqqətinin pandemiya ilə mübarizəyə yönəlməsini də fürsət bilərək ölkəmizə qarşı hərbi təxribatları gücləndirmişdir. Sentyabrın 27-də törədilmiş təxribat Ermənistanın məhz dövlət səviyyəsində otuz ildən artıq yürütdüyü terrorizm və işğalçılıq siyasətinin davamıdır. Bir daha bəyan edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, əzəli tarixi torpağımızdır. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı çərçivəsində həll olunmalıdır. Müasir dünyada sülhün və əmin-amanlığın qorunmasına layiqli töhfələr verən qardaş Türkiyə həmişə olduğu kimi bu gün də bizimlə həmrəydir, qətiyyətli mövqeyini ifadə edərək torpaqlarımızın işğaldan azad olunması naminə haqq işimizi dəstəkləyir. Bizə böyük mənəvi güc verən bu misilsiz dəstəyinə görə Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına bir daha dərin minnətdarlığımı bildirirəm. Qələbə bizimdir. Qarabağ Azərbaycandır! İnanıram ki, bu toplantıda aparacağınız fikir mübadiləsi və müzakirələr qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlərin müəyyənləşməsində faydalı olacaqdır. Zirvə Toplantısının işinə uğurlar arzulayıram".
Prezident XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət etdi



Prezident zirvə iştirakçılarına müraciət ünvanladı
İlham Əliyev Zirvə toplantısının iştirakçılarına müraciət etdi
İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb - VİDEO
Putin Aİİ liderlərini niyə Moskvaya toplayır?
Nazarbayev Avrasiya miqyasında yeni təşkilat yaratmağı təklif etdi
İmran Xan Qarabağ zəfəri münasibətilə İlham Əliyevi təbrik etdi
Azərbaycan Aİİ-yə üzv olur?
İlham Əliyevlə Nikol Paşinyan arasında Moskvada görüş olacaq - Kreml
Azərbaycan Aİİ-yə üzv ola bilər?- Prezident açıqladı
Putin: "Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər"
İlham Əliyev Bağdad Amreyevlə görüşdü
Prezident Myasnikoviçi qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 