Azərbaycan bölgədə təhlükəsizliyin təminatı üçün, transmilli cinayətkarlıq və terrorizmə qarşı mübarizədə qonşu ölkələrlə geniş əməkdaşlıq mühiti formalaşdırıb. Ancaq Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə ən böyük təhdiddir.
ONN media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin İstanbul şəhərində keçirilən XXII Avrasiya İqtisadi Zirvə toplantısında çıxışı zamanı deyib.
Əli Həsənov Zirvə toplantısının açılışında dövlətimizin başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.
Sonra Əli Həsənov Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksək səviyyədə olduğuna diqqət çəkib.
Prezidentin köməkçisi Azərbaycanın bölgədə sülhməramlı siyasət yeritdiyini, ancaq Ermənistanın işğal faktorunun bu siyasətə ən böyük əngəl olduğunu bildirib.
Türkiyə parlamentinin sədri Binəli Yıldırım isə "Xəzər Xəbər"ə müsahibəsində rəsmi Ankaranın Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini vurğulayıb.
Zirvə toplantısında bir sıra önəmli məsələlər geniş müzakirə edilib.
Qeyd edək ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.
Daha ətraflı videomaterialı təqdim edirik:



Azərbaycanın yeni iqtisadi modeli hazırlanır - Əli Həsənov
Prezident XXIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət etdi
Əli Həsənov: "Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var"
İlham Əliyev Zirvə toplantısının iştirakçılarına müraciət etdi
İmran Xan Qarabağ zəfəri münasibətilə İlham Əliyevi təbrik etdi
Əli Həsənov TƏKZİB ETDİ: Yalan və saxtadır
Əli Həsənov: Azərbaycanın bugünkü yüksək inkişaf səviyyəsinin təməlində Heydər Əliyev siyasəti dayanır
Prezident zirvə iştirakçılarına müraciət ünvanladı
Türkiyə səfirliyində rəsmi qəbul
Ərdoğan: "Fələstin məsələsini yenidən BMT Baş Assambleyasının gündəminə gətirəcəyik"
İlham Əliyev Zirvə toplantısında iştirak edib
Nazarbayev Azərbaycan Prezidentini təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 