“Biz hər zaman Minsk qrupunu bir qrup kimi qəbul edirdik və bu gün də belədir. Hesab edirdik ki, bu qrupa həmsədrlik edən ölkələr bitərəf qalmalıdır, heç bir tərəfi dəstəkləməməlidir. Çünki əks təqdirdə onların vasitəçilik missiyası sual altına düşür”. ONN media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə CNN-Türk televiziyasına müsahibəsində bildirib. Dövlətimizin başçısı daha sonra deyib: “Son hadisələrə qədər onlar neytrallığı az-çox saxlamağa müvəffəq olmuşdular. Biz bilirik ki, bu ölkələrdə erməni lobbisi güclüdür. Erməni lobbiləri o ölkələrin hökumətlərinə də təsir edə bilər və edir. Bu gün biz görürük ki, müxtəlif ölkələrdə yaşayan ermənilər təşkilatlanmış qaydada Azərbaycana qarşı qara təbliğat kampaniyası aparırlar. Ancaq əfsuslar olsun ki, bu günlərdə bəzi ölkələr tərəfindən birtərəfli mövqe sərgiləndi, tərəftutma halları baş verdi. Bu da qəbuledilməzdir. Buna görə biz öz sözümüzü demişik”. Sözünə davam edən Azərbaycan Prezidenti vurğulayıb ki, əgər vasitəçilər vasitəçi kimi qalmaq və bu məsələ ilə bundan sonra məşğul olmaq istəyirlərsə, onlar daha məsuliyyətli olmalıdır və heç bir tərəf tutmamalıdır. Çalışmalıdırlar ki, bu məsələnin həllinə hesablanmış addımlar atsınlar və münaqişə tezliklə həll olunsun. Ondan sonra atəşkəs bərpa edilsin və uzunmüddətli sülh olsun.
Prezident vasitəçiləri tərəf tutmamağa çağırdı



Prezident hərbi müşahidəçilərdən danışdı
İlham Əliyev: Minsk qrupu, sadəcə olaraq, bu məsələni həll etmək fikrində deyildi
Fransa özü-özünü həmsədrlər üçlüyünün xaricinə qoyur
İlham Əliyev: “Suverenliyimizi bərpa edəndə Qarabağda böyük həcmdə çoxsaylı erməni kontingenti var idi”
Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər
Heydər Əliyevin varlığı ermənilərin planlarını alt-üst edirdi - Prezident
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır- İlham Əliyev
Prezidentdən SƏRT TƏLƏB: İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır
İlham Əliyev: "Cənubi Qafqazda 3+3 formatını dəstəkləyirik"
İlham Əliyev: “Ərdoğan dünya lideridir”
Monitorinq Mərkəzi bu tarixdə hazır olacaq - Prezident AÇIQLADI
"40 milyon soydaşımızı dəstəkləyəcəyik" İlham Əliyevdən Güneyə ismarıc
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 