Minsk qrupu, sadəcə olaraq, bu məsələni həll etmək fikrində deyildi və biz 44 günlük müharibə zamanı bunu bir daha gördük. Çünki Birləşmiş Millətlər Təşkilatında bizə qarşı məsələni qaldıran Minsk qrupuna həmsədrlik edən bəzi ölkələr idi. Müharibə gedir, biz öz torpağımızda beynəlxalq hüququ bərpa edirik, ədalət savaşına çıxmışıq. Ancaq Birləşmiş Millətlər Təşkilatında bizə qarşı hansısa sanksiya məsələsini ortaya atmaq tamamilə ədalətsizlikdir.
ONN media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində Minsk qrupunun mövqeyinə münasibət bildirərkən danışıb.
Dövlətimizin başçısı sözünə davam edərək deyib: “İndiki dövrə gəldikdə, Minsk qrupunun fəaliyyətini biz demək olar ki, görmürük. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur. Bir dəfə Azərbaycana gəlmişdilər və mən onlara dedim ki, siz təklif verin. Biz bu məsələni həll etdik, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil”.
Prezident İlham Əliyev qeyd edib ki, belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır.
“Yəni, məsələ - Dağlıq Qarabağ münaqişəsi bitdi. Nə ola bilər? Mənim fikrimcə, yəni, etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək vermək, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında bizim təklif etdiyimiz sülh müqaviləsi imzalansın. Yəni, məncə, onların fəaliyyət dairəsi bu gündən sonra bundan ibarət olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan Prezidenti deyib ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupundan bu günə qədər bizə hər hansı bir təklif verilmədi: “Təklif olmadığı təqdirdə Minsk qrupunun fəaliyyəti haqqında danışmaq yersizdir. Yəni, bir il artıq keçir. Nə təklif edirsən? Deyirsən ki, bu münaqişə həll edilməlidir. Mən Azərbaycan olaraq deyirəm ki, bunu həll etmişəm, təkbaşına, bütün təzyiqlərə rəğmən. Ona görə bu təklif olmalıdır. Nə ilə məşğul olmalıdır? Mən öz fikirlərimi ifadə etdim. Qalan şeylər isə onların məsuliyyətidir”.



Prezident Minsk qrupunun həmsədrlərini TƏNQİD ETDİ
Əliyev: "Minsk qrupunu səfərə dəvət etməmişəm"
Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır - PREZİDENT
Biz haqlı olduğumuzu döyüş meydanında sübut edirik - Prezident
Prezident müharibə ehtimalından danışdı: Çox ciddi hərbi hazırlıqlar gedir
Prezident vasitəçiləri tərəf tutmamağa çağırdı
Kəlbəcər və Laçını boşaltmaq üçün... - Prezident şərtini açıqladı
İlham Əliyev bu çıxışı ilə Makronu darmadağın etdi
Türkiyədən Qarabağ BƏYANATI: Minsk Qrupu təcili addım atmalıdır
Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər
Prezident Minsk qrupunun həmsədrlərini qəbul etdi
Bakıdan bu təyinata SƏRT REAKSİYA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 