Azərbaycanda yaşayan aşkenazi yəhudiləri ölkənin ərazi bütövlüyünün təmin olunması uğrunda davam edən gərgin savaşda şanlı ordumuzun mütləq qələbə qazanması üçün dua ediblər. ONN media -ya bu barədə Aşkenazi (Avopa Yəhudiləri) İcmasından məlumat verilib. Bildirilib ki, Bakıda Sinaqoqda bir araya gələn Azərbaycanda yaşayan yəhudilər tezliklə Qarabağın azad olunmasını arzulayıblar. Əsgərlərin sağ-salamat evlərinə qayıtmalarını və Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasını, ölkəmizdə və bütün dünyada sülhün bərqərar olmasını Tanrıdan böyük ehtiram və səmimiyyətlə dilədilər. Dua mərasimində çıxış edən Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Segal ölkəmizin yəhudi icmasının hər zaman Azərbaycan xalqına dəstək olduğunu vurğulayıb: “Biz vətənimiz Azərbaycanı çox sevirik və onu qorumaq bizim üçün böyük şərəfdir. Biz burada müxtəlif millət və dinlərin mənsubları kimi öz mədəniyyətimizi və dinimizi rahat şəkildə yaşaya, təmsil edə bilirik. Bu gün keçirdiyimiz dua mərasimi ilə vətən üçün savaşan hər bir əsgərimizə, bütövlükdə ordumuza dualar etdik, onlara Tanrıdan itkisiz, mütləq qələbələr arzuladıq. İnanırıq ki, biz növbəti mərasimi məhz Şuşada keçirəcəyik”. Qeyd edək ki, dini ayin pandemiya dövrünün bütün zəruri məhdudiyyətləri gözlənilməklə xüsusi icazə əsasında yerinə yetirilib.
Yəhudilərdən Azərbaycan Ordusuna DƏSTƏK



Azərbaycanın dini məbədlərində şəhidlərin ruhuna dualar oxunur
Gürcüstanlı soydaşlarımızdan Ordumuza dəstək
Prezident yəhudi icmasını təbrik etdi
Ceyhun Bayramov İsrail qəzetinə müsahibə verdi
Dini konfessiya rəhbərlərindən Prezidentə məktub
Tural Gəncəliyevdən Qarabağın erməni icmasına müraciət
Bayramov Akif Çağatay Kılıçla Qarabağı MÜZAKİRƏ ETDİ
Parlamentin komitə sədri: “Türkiyə hər zaman Azərbaycana dəstək olacaq”
Bu ölkənin 3 universitetində Azərbaycan dili TƏDRİS OLUNUR
Milli Məclisə seçkilərdə yəhudilər də iştirak edəcək?
XİN daha bir rəsmi məlumat yaydı
Azərbaycan Bali Demokratiya Forumunda təmsil olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 