Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə elan olunmuş humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymaqda davam edir. Baş Prokurorluqdan ONN media -ya verilən məlumata görə, oktyabrın 22-də səhər saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib cəbhə zonasından 150 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycan Respublikasının Qəbələ, Kürdəmir və Siyəzən rayonlarına “Skad” ballistik taktiki raketlər atıb. Raket zərbələri nəticəsində Qəbələ rayon sakini 2003-cü il təvəllüdlü Əmirbəyov Murad Ceyhun oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, kənd ərazisində yerləşən 5 yaşayış evinə ciddi ziyan dəyib. Həmçinin, düşmən silahlı qüvvələri Abşeron yarımadasını içməli su ilə təchiz edən və ölkəmiz üçün xüsusi strateji əhəmiyytə malik Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atmış, lakin Ordumuzun hava hücumundan müdafiə qüvvələrinin zərərsizləşdirilməsi nəticəsində raketin hissələri su kəmərinin yaxınlığına düşüb. Bununla bağlı prokurorluq əməkdaşları tərəfindən hadisə yerlərində zəruri istintaq tədbirləri və prosessual hərəkətlər həyata keçirilir.
SON DƏQİQƏ: ermənilər Qəbələ-Bakı su kanalına HÜCUM ETDİ - YARALI VAR



Mingəçevirə atılan raket havada məhv edildi
Ermənilər yenidən neft kəmərlərini hədəf aldı - RƏSMİ
Gəncəyə raket atılması nəticəsində 5 nəfər həlak olub
Prezdentin köməkçisi Gəncədədir - İLK AÇIQLAMA
Ermənistan Xızı və Abşerona uzunmənzilli ballistik raketlər atdı
Ermənistan ordusu rayonlarımızı atəşə tutur - Yaralı var
Ermənilər Ağdamda evə mərmi atdı - YARALI VAR
Ermənilər Ağdamı atəşə tutdu, yaralılar var - Baş Prokurorluq
SON DƏQİQƏ: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər yaralandı
Gəncədən görüntülər: Düşmən beynəlxalq konvensiyaları kobud şəkildə pozdu
Prokurorluq Gəncə terroru ilə bağlı bəyanat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 