Qara istiotda koronavirusun fəaliyyətinə maneə törədən maddə var. ONN media xəbər verir ki, Hindistan Texnologiya İnstitutunun alimləri bu qənaətə gəlib. Tədqiqatın nəticəsi “Taylor & Francis Online” elmi saytında dərc edilib. Mütəxəssislər istiotun və insan orqanizminə nüfuz etməsindən məsul olan SARS CoV-2-nin iki hissəsinin qarşılıqlı təsirini modelləşdirib. Araşdırma nəticəsində infeksiyanın aktivliyinin yatırıldığı ortaya çıxıb. Qara istiotda olan piperin ədviyyatın kəskinliyindən və ətrindən məsuldur. Onun miqdarı müxtəlif ədviyyat növlərində fərqlənir. Şri-Lankadan gələn istiotun tərkibində 15 % piperin var, Vyetnam, Hindistan və Malayziya istiotunda isə 2-7 faiz təşkil edir. Bundan əlavə, bu birləşmənin qeyri-sabit olduğu qeyd olunur, odur ki, üyüdülmüş istiotda kifayət qədər olmaya bilər. Lobaçevski Universitetinin Biologiya və Biotibb İnstitutunun direktoru Mariya Vedunovanın sözlərinə görə, qara və qırmızı istiot antibakterial və immunostimulyasiya xüsusiyyətlərinə malik heterogen komponentlərin sayına görə rekordçulardan biridir. Ədviyyat iltihab reaksiyalarını “boğaraq” elementləri və vitaminləri daha yaxşı mənimsəməyə kömək edir. “İstiotun xüsusiyyətləri bir çox cəhətdən tərkibindəki birləşmələrin viral hissəciklər və bakteriyalarla birbaşa qarşılıqlı əlaqəsi ilə deyil, bədənin qoruyucu xüsusiyyətlərinin stimullaşdırılması ilə əlaqələndirilir”, - mütəxəssis “İzvestiya”ya açıqlamasında bildirib. Vedunova mədə-bağırsaq xəstəlikləri, hipertoniya və əlbəttə ki, allergiyası olanlara istiotla ehtiyatlı davranmağı tövsiyə edib. Həm də ədviyyat beş yaşdan kiçik uşaqlara məsləhət görülmür.(publika.az)
Alimlər istiotun koronavirusa təsirini kəşf etdi



Qara istiotun inanılmaz faydaları
Bədəndə piyləri azaldan ƏDVİYYAT
Bədəndə piyləri azaldan ƏDVİYYAT
Bibərin koronavirusla əlaqəsinə İNANMAYACAQSINIZ
Qara istiot haqqında BİLMƏDİKLƏRİNİZ
Arterial təzyiqi aşağı salan 7 ədviyyat
Tbilisi salatı RESEPTİ
Koronavirusun ən çox yaşadığı temperatur müəyyən edildi
Koronavirusa qarşı dərman TAPILDI
Koronavirusun müalicəsinin EFFEKTİV ÜSULU kəşf edildi
Alimlər koronavirus əleyhinə yeni vasitə tapdılar
Xərçəng şişləri üçün yeni dərman hazırlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 