İnsanın rasionuna daxil olan ərzaq məhsulları arterial təzyiqin göstəricilərinə əhəmiyyətli dərəcədə təsir edir.
ONN media xəbər verir ki, bu göstəricilərin azaldılmasına gətirib çıxaran ədviyyatlardan bəhs edir. Sarımsaq. Tərkibində antibakterial və antihipertenziv xassəyə malik allisin maddəsi olan sarımsaq qan damarlarını zəiflədir və genişləndirir, nəticədə arterial təzyiq effektli şəkildə aşağı düşür. Hil. Tədqiqatçılar araşdırıblar ki, hilin gündəlik istifadəsi arterial təzyiqin əhəmiyyətli dərəcədə azalmasına kömək edir. Bu ədviyyat antioksidant hesab edilir, həmçinin güclü sidikqovucu xassəyə malikdir. Darçın. Tədqiqatlar göstərir ki, darçından istifadə zamanı sistolik arterial təzyiq təxminən 5,39 mm civə sütunu, diastolik arterial təzyiq isə 2,6 mm civə sütunu azalır. Bu ədviyyatın sıyıqlara və digər xörəklərə qatılması məsləhət görülür. Sarıkök. Onun tərkibindəki kurkumin adlı antioksidant arterial təzyiqi iltihabəleyhinə olan xassələri hesabına effektiv şəkildə aşağı salır. İltihab damarların bərkiməsinə və təzyiqin qalxmasına səbəb olur. Zəncəfil. Tədqiqat göstərib ki, zəncəfil kalsium kanallarını təcrid edərək arterial təzyiqin azalmasına kömək olur. Ədviyyat, həmçinin əzələlərin sıxılmasını azaldır ki, bu da hipertoniya hallarında faydalıdır. Nəhayət zəncəfil damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. Kayen bibəri. Daha çox qırmızı bibər adı ilə tanınan bu bitkinin tərkibində olan kapsaitsin maddəsi arterial təzyiqin azalması işində neyrohormonal sistemlə birgə fəaliyyət göstərən sensor sinir tellərinə təsir edir. Qara istiot. Bu ədviyyat ürək ritminin nəzarət edilməsinə və arterial təzyiqin tənzimlənməsinə yardım edən kaliumla zəngindir. Bundan başqa, qara istiotun tərkibindəki dəmir hipertoniya ilə mübarizədə təsirlidir.Arterial təzyiqi aşağı salan 7 ədviyyat



Bu xəstəlikdən əziyyət çəkənlər hər gün sarımsaq yesin və...
Təzyiq xəstələrinin diqqətinə
Bu iki vasitə yüksək təzyiqi salır
Təzyiqiniz səhərlər qalxırsa...
Vaksinlər təzyiqi qaldırır? - AÇIQLAMA
Məşhur həkim təzyiqi dərmansız salmağım 3 yolunu açıqladı
Güclü antioksidant təsirə malik sarımsaq – Bu xəstəlikləri məhv edir!
Təzyiqi salmaq üçün bunları yeyin- MƏSLƏHƏTLƏR
Sarımsağın faydaları
Ürəyin işini yaxşılaşdırmaq üçün ən sadə üsul bilirsinizmi nədir?
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən yaxşı 7 MƏHSUL
Təzyiqi və şəkəri olanlar üçün YENİ MƏLUMAT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 