“Bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülüb”.
ONN media bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, çünki 90-cı illərin əvvəllərində Azərbaycan haqqında ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi: “Ancaq bir çox ölkədə fəaliyyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münaqişənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə torpaqlarımız işğal altına düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir. Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz həyata keçirir və bu sanksiyalar bu günə qədər qüvvədədir. Təsəvvür eləyin. O vaxt Azərbaycan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmişdir. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində dünya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münaqişənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq və bütün bu görülən işlər bu gün bizə köməklik göstərir. Çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz səylərimiz nəticəsində buna nail ola bilmişik”.



Prezident İlham Əliyev: Bu gün dirçələn və inkişaf edən Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir
Azərbaycan öz tarixi suverenliyini bərpa edib- Əliyev
Prezidentdən TARİXİ ÇIXIŞ: Zəngəzur, Göyçə, İrəvan mahalı bizim torpaqlarımızdır
ABŞ İranın kosmik agentliklərinə qarşı sanksiya tətbiq etdi
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır- İlham Əliyev
Prezident İlham Əliyev: Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq
ABŞ dan Türkiyəyə daha bir həmlə
ABŞ -dan İrana qarşı növbəti sanksiya
Aİ-nin altıncı sanksiyalar paketi ilə bağlı Kremldən AÇIQLAMA
Bu ölkədən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq olunacaq
Tramp İranı hədələdi
Əsas güclər Ermənistanın arxasında idi- İlham Əliyev
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 