“Beşiktaş” klubu Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdədə törətdiyi terror hadisəsindən zərər çəkən uşaqlara dəstək məqsədilə kampaniya başladıb. ONN media bildirir ki, Türkiyə klubu ilə “BJK – Kabataş Vəqfi”nin başlatdığı kampaniyanın adı “azərbaycanlı uşaqlarımız üşüməsin, oyun da oynaya bilsinlər”dir. Vəqfin İdarə Heyətinin sədri Hasan Ali Cansızoğlu klubun rəsmi saytına açıqlamasında bu gün başladılan kampaniyanın noyabrın 12-dək davam edəcəyini söyləyib: “Vəqfimizi təşkil edən əsrlik qurumlar “bir millət, iki dövlət” gerçəyinə ürəkdən inanır, Ermənistanın Azərbaycana qarşı apardığı müharibə və insanlığa qarşı cinayətləri pisləyir. Ermənistanın mülki vətəndaşlara, xüsusən də, can qardaşlarımızın məsum uşaqlarına yaşatdığı bu insanlıq vəhşiliyini və şiddəti əsla qəbul etmirik. Azərbaycanlı uşaqlarımızın acılarını azaltmaq üçün “BJK – Kabataş Vəqfi” olaraq başlatdığımız kampaniya çərçivəsində camialarımızdan ürəyi istəyən hər kəs oyuncaq, şərf, papaq “Vodafone Park”a göndərə bilər. Klublarımızın azərbaycanlı uşaqları yalnız qoymayacaqlarına inanırıq”. Qeyd edək ki, ermənilərin bu gün Bərdəyə raket hücumu nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.
“Beşiktaş”dan dəstək kampaniyası: “Azərbaycanlı uşaqlarımız üşüməsin, oyun da oynaya bilsinlər"



TÜRKMƏNELİNDƏN CAN AZƏRBAYCANA DƏSTƏK GƏLDİ
Mənsimovdan "Beşiktaş"la bağlı AÇIQLAMA: "Klubuma..."
"Beşiktaş"dan GURULTULU TRANSFER
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
“Beşiktaş” Azərbaycana gəlir
Türkiyədən SON DƏQİQƏ Qarabağ AÇIQLAMASI
Türkiyə Parlamenti Ermənistanın müharibə cinayətlərinə görə TOPLANIR
Mustafa Şentop Gəncəyə gedəcək
“Beşiktaş” 15 milyon avroluq təklifi qəbul etmədi
Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik - Türkiyə MN
Bu gün AvroLiqada pley-off oyunları var - TƏQVİM
"Beşiktaş" klubu məhkəməyə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 