Fevralın 26-da “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Bakının Suraxanı rayonundakı “Neftçilər” parkında ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” kampaniyasının təşəbbüskarı Leyla Əliyeva aksiyada iştirak edib. Suraxanı rayon gənclərinin və Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Regional İnkişaf İctimai Birliyinin nümayəndələrinin iştirak etdikləri aksiyada Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 613 ağac əkilib. Aksiyada 200-dən çox gənc iştirak edib. “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir. Kampaniya Xocalı soyqırımının, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədi daşıyır. Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniya çərçivəsində təşkil edilən tədbirlərdə əsas diqqət kütləvi qırğınlara, etnik təmizləmə, irqi və ya dini ayrı-seçkilik hallarına qarşı güclü müqaviməti nümayiş etdirməyə, Xocalı soyqırımı qurbanları ilə həmrəyliyi ifadə etməyə və Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə istiqamətlənib. Bu kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir.
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR



Xocalıda öldürülən uşaqların xatirəsi əbədiləşdirildi
Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak edib
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak edib
“Xocalı nişanəsi” adlı qısametrajlı film təqdim edildi
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada xeyriyyə aksiyası keçirildi
Xocalı soyqırımı Ukrayna mətbuatında
Prezident və xanımı Şamaxıda ağac əkdi
Xocalı faciəsinin ildönümü ilə bağlı İsveçrədə aksiya keçirilib
Mehriban Əliyeva Gəncədə - FOTO
Leyla Əliyevanın Xocalı soyqırımına həsr edilən “Ağrı” romanının təqdimatı keçirilib
Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda oldu
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 