Rəsmi İrəvan bütün tərs şillələrə rəğmən, hələ də Rusiyadan kömək ümidini üzməyib. ONN media xəbər verir ki, Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan parlamentdəki jurnalistlərə açıqlamasında Rusiya ilə Ermənistan arasında 1997-ci ildə imzalanan Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım müqaviləsi çərçivəsində məsləhətləşmə üçün müraciətə dair, lazımi bütün işlərin aparıldığını söyləyib. "Bu istiqamətdə bütün lazımi işlər görülür. Hazırda daha çox şey deyə bilmərəm. Müqavilə münasibətlərimizə və onlardan irəli gələn öhdəliklərə gəldikdə, lazım olan hər şey indi edilir", - Mnatsakanyan deyib. Qeyd edək ki, 31 oktyabrda Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərmiş və bu məktubda Rusiya və Ermənistan arasında "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi"nin ikinci bəndinə əsasən, təcili olaraq Ermənistana yardım göstərilməsinə dair məsləhətləşmələrə başlamağı xahiş etmişdi. V.Putin isə məktuba cavab yazmamışdı. Əvəzində Rusiya Xarici İşlər Nazirliyi rəsmi internet səhifəsində ümumi məzmunlu bəyanat dərc etmişdi. Xatırladaq ki, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasındakı Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin ikinci maddəsi tərəflərin suverenliyi, ərazi bütövlüyünün qorunması və Rusiya Federasiyası ilə Ermənistan Respublikasının təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir-biri ilə sıx qarşılıqlı əlaqədə olacağını ehtiva edir. Məlumat üçün bildirək ki, N.Paşinyan Rusiya lideri başda olmaqla, kömək üçün əksər dünya liderlərinə zəng vurub, amma bu cəhdlərin hamısı boşa çıxıb.
Paşinyan Putindən ümidini üzmür - BU DƏFƏ...



Paşinyan Putinə məktub göndərdi
Paşinyanın Putinə məktubuna ŞİLLƏ KİMİ CAVAB gəldi
Putin və Paşinyan telefonla danışacaq
Paşinyan Putini təbrik etdi
Putin Paşinyanla 6 saziş imzalandı - Siyahı
Paşinyan Rusiyadan yenə YARDIM DİLƏNİR: Bu dəfə...
Putin Paşinyana ZƏNG ETDİ
Əliyev, Putin və Paşinyan arasında görüş BAŞA ÇATDI - YENİLƏNDİ
Putinlə Paşinyan bu tarixdə görüşəcək
Paşinyan Rusiya ilə bağlı ŞOK AÇIQLAMA
Bu gün Əliyev, Putin və Paşinyan arasında görüş keçiriləcək
Putin Paşinyanla RAZILIĞA GƏLDİ: "Ermənistan-Azərbaycan sərhədinin..."
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 