Rusiya Xarici İşlər Nazirliyi Ermənistan respublikasının baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciəti ilə əlaqədar açıqlama yayıb. ONN media xəbər verir ki, açıqlamada deyilir: “Ermənistan respublikasının baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Rusiyanın Ermənistana təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardım növünü və miqdarını müəyyənləşdirmək məqsədilə məsləhətləşmələrə başlamaq müraciəti ilə əlaqədar olaraq, Rusiyanın öhdəliyini bir daha təsdiqləyirik. Rusiya ilə Ermənistan arasındakı 29 avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsindən irəli gələnlər də daxil olmaqla, Ermənistanla əlaqəli müttəfiqlik öhdəliklərinə görə federasiya məsuliyyət daşıyır. Bu Müqavilənin bir sıra maddələri silahlı hücum təhlükəsi və ya bir-birinin ərazisinə qarşı təcavüz aktı halında konkret hərəkətləri nəzərdə tutur. Müqaviləyə uyğun olaraq, Rusiya qarşıdurmalar birbaşa Ermənistan ərazisinə köçürülərsə, İrəvana lazımi bütün köməkləri göstərəcəkdir. Rusiya Federasiyası Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin bu il oktyabrın 10-da Moskvada əldə etdikləri razılaşmalara uyğun olaraq, təməl prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərinidərhal atəşkəsə, gərginliyin azaldılmasına və danışıqlara qayıtmağ çağırır”.
Paşinyanın Putinə məktubuna ŞİLLƏ KİMİ CAVAB gəldi

