"Tehran Qarabağda atəşkəs yox, nizamlanma yolu axtarır". ONN media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib. O bildirib ki, İran tərəfi Dağlıq Qarabağda barışıq əldə etmək əvəzinə sülhün əldə edilməsinə yönəlmiş səylər göstərir. Münaqişə tərəfləri də bu günə qədər Tehranın yanaşmasına müsbət reaksiya verib: "Görülən tədbirlərin yetərli olmadığına inanırıq. Atəşkəs üçün deyil, böhranı həll etməyə çalışırıq. Cavab gözləyirik. İndiyə qədər tərəflər müsbət bir yanaşma nümayiş etdirib".
İrandan Dağlıq Qarabağ açıqlaması

