Ermənistan parlamentində nazirlə millət vəkili arasında mübahisə düşüb. ONN media xəbər verir ki, hadisə 2021-ci il üçün büdcə müzakirəsi zamanı yaşanıb. Belə ki, maliyyə naziri Atom Cancuqazyan dövlət işçilərinin maaşından 30% bonus tutulması qaydasının dəyişməyəcəyini bildirib. Ermənistan parlamentində hakim çoxluqdan olan millət vəkili, parlamentin iqtisadi məsələlər komissiyasının sədri Babken Tunyan isə nazirə etiraz edib. O bildirib ki, pula qənaət etmək lazımdırsa, ilk növbədə nazir özündən başlamalıdır: “İndi qənaət etməyiniz lazımdırsa, özünüzdən, yəni dövlət aparatındakı bonuslardan başlamalısınız. Cəmiyyət mükafatların arxasındakı məntiqlə deyil, müharibə şəraitində onların verilməsi ilə maraqlanır”. Qeyd edək ki, Ermənistan hökumətində il ərzində hər hansı şöbədə gözlənilməz işçi vəzifəsi açılarsa, yeni işçinin əmək haqqı bonus fondundan ödənilir. Bonuslar orta hesabla dövlət qulluqçularının maaşının 30%-ni təşkil etsə də, maaşlarının 100-120%-i qədər mükafat alan məmurlar var. Ermənistanın 2021-ci il dövlət büdcəsi layihəsinə görə, dövlət aparatındakı mükafatlar üçün 18 milyard 825 milyon dram (təqribən 40 milyon dollar) vəsaitin ayrılması planlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 1% çoxdur. Bu məbləğ Qarabağda hərbi əməliyyatlar başlamazdan əvvəl tərtib edilib və nəzərə alınmayan büdcə layihəsinə daxil edilib.
Ermənistan qarışdı: deputatla nazir parlamentdə davaya çıxdı



Ermənistan parlamentində gərginlik- NƏ BAŞ VERİR?
Ermənistan parlamentində demarkasiya və delimitasiya məsələsi
Soydaşımız İraqda nazir seçildi
Ermənistan parlamentində əlbəyaxa dava
Ermənistan parlamentində DAVA: Paşinyan ƏLƏ SALINDI - VİDEO
Xaçatryan Paşinyana "İsgəndər" tuşladı
Ermənistan parlamentində yenə dava düşdü- VİDEO
Türkiyə parlamentində GƏRGİNLİK
Akardan Qarabağ AÇIQLAMASI: Nə lazımdırsa, etməyə hazırıq
Ermənistan parlamentində DAVA DÜŞDÜ
Gürcüstan parlamentində dava: iqtidarla müxalifət üz-üzə - Video
Ermənistan parlamentində dava düşdü, iclas yarımçıq kəsildi - VİDEO
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 