Ermənistan Milli Assambleyasının (parlament) oktyabrın 26-da keçirilən iclası deputatların növbəti davasına görə yarımçıq qalıb.
“Ermənistan” müxalifət blokunun deputatı Qeqam Manukyanın mikrofonu söndürülüb və parlament tribunasından zorla endirilib.
Manukyanın özünün sərt bəyanatından sonra atışma başlayıb.
Buna səbəb isə müxalifətçi deputatın “Qarabağdan əl çəkən və unudan vətən xainidir”, deməsi olub.
Deputat bu sözləri bir neçə dəfə təkrar etdikdən sonra iclasa sədrlik edən hakim “Vətəndaş Müqaviləsi” partiyasından parlamentin vitse-spikeri Ruben Rubinyan həmkarını qaydalara riayət etməyə çağırıb.
“Cənab Manukyan, etika qaydaları var, onları pozmayın. “Vətən xaini” dedin. Onda mənə açıq deyin, kimi nəzərdə tuturdunuz?”, - Rubinyan deputata istinad edərək bildirib.
Manukyan cavab verib ki, o, özündən əvvəl çıxış edən hakim partiyadan olan deputat Vigen Xaçatryanın açıqlamalarına münasibət bildirib.
“Deməli, Vigen Xaçatryan satqındır? Cənab Manukyan üçün mikrofonu söndürün. Sizdən parlament tribunasını tərk etməyinizi xahiş edirəm”, - vitse-spikeri deyib.
Manukyan isə tribunadan enməkdən imtina edib. Bundan sonra Rubinyan parlamentin təhlükəsizlik xidmətinin əməkdaşlarından deputatı tribunadan endirməyi xahiş edib. Manukyan tribunadan getməyə məcbur olub.
Parlamentin vitse-spikerinin bu cür davranışı iqtidar çoxluqdan olan deputatlarla müxalifət arasında qalmaqal yaranıb.



Ermənistan parlamentində Azərbaycanla bağlı qapalı iclas
Ermənistan parlamentində DAVA DÜŞDÜ
Ermənistan parlamentində yenə dava düşdü- VİDEO
Ermənistan parlamentində demarkasiya və delimitasiya məsələsi
Gürcüstan parlamentində dava: iqtidarla müxalifət üz-üzə - Video
Ermənistan parlamentində BİABIRÇILIQ: “Dayı” sözünün üstündə kütləvi dava düşdü
Türkiyə və Ermənistan nümayəndələri görüşdü
Ermənistan parlamentində gərginlik- NƏ BAŞ VERİR?
Kılıç və Rubinyan bu tarixdə görüşəcək
Gürcü nazirdən rus deputatla bağlı sərt bəyanat
Keçmiş deputatın biznesmen qardaşı həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 