Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Erenin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib. ONN media xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək, Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstəsi qoyub. Qonaqlar Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsini də ziyarət etdikdən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Komitə sədri bildirib ki, sentyabrın 27-dən bu günədək Türkiyənin dövlət və hökumət rəsmilərinin görüşləri, Azərbaycanla bağlı verilən bəyanatlar, qardaş ölkənin xalqımızla həmrəyliyi, milli-mənəvi dəstəyi əvəzolunmaz yardımdır. F.Muradov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Müharibənin ilk günlərindən, ilk saatlarından başlayaraq Türkiyə bizim yanımızdadır. Türkiyə hər zaman Azərbaycanın yanındadır, Azərbaycan tək deyil. Bu siyasi və mənəvi dəstək bu gün də davam edir” fikrini, eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın: “Qardaşım Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır" deyib. Bu fikri eyni ilə təkrar etmək istəyirəm” sözlərini bir daha görüş iştirakçılarının diqqətinə çatdırıb. Bütün dünyanın bu həlledici tarixi günlərdə Azərbaycan-Türkiyə qardaşlığına, tarixi dostluğumuza bir daha şahid olduğundan danışan Komitə sədri qeyd edib: "Bu gün erməni təbliğat maşını təkcə ölkəmizə qarşı deyil, bütün türk dünyasına qarşı çirkin təbliğat kampaniyası aparır. Xaricdəki Azərbaycan icmaları, diaspor təşkilatları təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Əsgərlərimiz döyüş meydanında, diasporlarımız isə beynəlxalq informasiya məkanında ermənilərin layiqli cavabını verir. Nəzərinizə çatdırım ki, son illər diasporumuzun təşkilatlanması üçün ciddi addımlar atılıb, artıq 12 ölkədə Azərbaycan evləri fəaliyyət göstərir, eyni zamanda Koordinasiya Şuraları yaradılıb. Lakin, görəcəyimiz işlər çoxdur. Biz Türkiyə və Azərbaycan diasporlarının bundan sonra da birgə fəaliyyət göstərməsi, beynəlxalq media platformasına çıxmaq imkanları üzərində düşünməliyik”. A.Eren bildirib: “Türk xalqı hər zaman haqlı mübarizəsində Azərbaycana dəstək verib və bundan sonra da bu dəstək davam edəcək. Biz bütün prosesləri, Azərbaycanın haqlı mübarizəsini yaxından izləyirik. BMT qətnamələrini, beynəlxalq hüquq normalarını heçə sayaraq Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistanın törətdiyi terror faktlarını beynəlxalq ictimaiyyətə çatdırmaq, diasporlarımızın əməkdaşlığını genişləndirmək üçün bütün imkanlardan istifadə edəcəyik”. Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmalar İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, eyni zamanda iki ölkədə-ABŞ-da və Almaniyada türkdilli dövlətlərin diasporlarının birgə toplantısı təşkil edilib.
Abdullah Eren Bakıda



Türkiyəli mütəxəssislər Fəxri xiyabanda
Fuat Oktay Ulu Öndərin məzarını ziyarət etdi
Türkiyəli nazir Azərbaycana gəlib
Hulusi Akar Azərbaycanda səfərdədir
Türkiyənin yeni səfiri Fəxri xiyabanı ziyarət etdi
Ərdoğan Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
İxsaq Hersoq Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Türkiyə Milli müdafiə nazirinin müavini Naxçıvanda
Türkiyənin bu qurumu Qarabağda faktaraşdırıcı missiya həyata keçirəcək
Azərbaycan və Türkiyə arasında ətraf mühitlə bağlı İş Proqramı imzalanıb
Mişustin Heydər Əliyevin məzarını ziyarət etdi
Numan Kurtulmuş Heydər Əliyevin məzarını ziyarət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 