Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin professor-müəllim heyəti beynəlxalq qurumlar və beynəlxalq jurnalist təşkilatlarına bəyanat ünvanlayıb. ONN media xəbər verir ki, bəyanatda Azərbaycan ordusunun sentyabrın 27-də erməni təxribatına qarşı başladığı əks-hücum əməliyyatları ilə bağlı dünya ictimaiyyətinin düzgün məlumatlandırılması istiqamətində hazırlanmış obyektiv, qərəzsiz reportaj və süjetlərin erməni lobbisi tərəfindən təhdid və təzyiqlə qarşılandığı vurğulanıb. Bəyanatda qeyd olunur: “30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamaqla Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayıb, qeyri-konstuktiv addımları ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəni nizamlamaq üçün aparılan diplomatik danışıqları səmərəsiz edib. Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, bu münaqişənin həm tarixi, həm də hüquqi-siyasi mahiyyəti barədə obyektiv təsəvvürün formalaşmasında beynəlxalq medianın rolunun olduqca önəmlidir. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professor-müəllim heyəti jurnalistikanın obyektivlik, dəqiqlik və qərəzsizlik kimi ali prinsiplərinin rəhbər tutulmasının vacibliyini nəzərə çatdırır, beynəlxalq jurnalist qurumlarını məsələyə münasibət bildirməyə, erməni diasporu və lobbisinin media qurumlarına, ayrı-ayrı jurnalistlərə qarşı təhdidlərinə, zorakı hərəkətlərinə son qoymağa çağırırlar. Fransanın TF1 telekanalının müxbiri Liseron Budulanın Gəncə, Tərtər və Bərdədə Ermənistan Silahlı Qüvvələrinin mülki əhalimizi artilleriya və raket atəşinə tutması barədə hazırladığı reportajdan sonra ölüm təhdidləri, təhqir mesajları ilə üzləşməsi erməni diasporu və lobbisinin azad sözə qarşı növbəti hücumlarındandır”. Bəyanat erməni lobbisinin Ermənistanın Azərbaycana hərbi təcavüzünü obyektiv işıqlandıran beynəlxalq media qurumlarına və jurnalistlərə təzyiq göstərməsi ilə bağlı Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinə, Beynəlxalq Mətbuat İnstitutuna, Jurnalistləri Müdafiə Komitəsinə, Sərhədsiz Reportyorlar Təşkilatına, Beynəlxalq Jurnalistlər Federasiyasına, Avropa Jurnalistlər Federasiyasına, Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Media Dəstəyi Təşkilatına və “Article 19” Təşkilatına ünvanlanıb.
BDU-nun Jurnalistika fakültəsi Budulaya hücumdan sonra hərəkətə keçdi



İSESKO-dan ilk dəfə 20 Yanvar faciəsi ilə bağlı - BƏYANAT
Azərbaycan XİN bəyanat yaydı
Türkiyə: “Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot edin!”
Jurnalist Mübariz Əhmədov vəfat etdi
Azərbaycan XİN-dən həmsədrlərin bəyanatına CAVAB
Ukraynadan Azərbaycana DƏSTƏK
XİN-dən Fransa əyalətinin qərəzli bəyanatına REAKSİYA
Paşinyanın Azərbaycanla razılaşmaqdan başqa çarəsi yoxdur - Rəsmi Bakıdan bəyanat
Ermənistanın son hərəkətləri həmsədrlərə qarşı açıq-aşkar saymamazlıqdır - Gəncəliyev
Azərbaycan XİN-dən Artur Vanesyana CAVAB
“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır” – Ərdoğan
İlham Əliyev: "Dünyaya sübut edə bilmişik ki, biz haqlıyıq"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 