Xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən çox olan hissəsinin hər kvadratmetrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir. ONN media Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergi dərəcəsi və əmsallar əmlakın yerləşdiyi ərazidən asılı olaraq dəyişir. Məsələn, Bakı şəhərinin Suraxanı rayonunda yerləşən binalar 9-cu zonaya aid edildiyindən onlara tətbiq olunan əmsal 0,85-ə bərabərdir. Bu halda həmin mənzil üçün əmlak vergisinin məbləği 12,88 manat olacaq: (67,9 – 30) x 0,4 x 0,85 = 12,88 manat. Bundan başqa, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Ona görə də təqaüdçülərin sözügedən mənzilə görə əmlak vergisi ödəmək öhdəliyi yaranmır. Həmçinin yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların sahəsi 10.000 kvadratmetrədək olduqda, Vergi Məcəlləsinin 206.3-cü maddəsində qeyd olunan dərəcələrlə torpaq vergisi hesablanır. Ayrılıqda bir neçə şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin (məsələn, bina evlərinin) altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi həmin şəxslərə məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.
Əmlak vergisi necə hesablanır? - QAYDA



"Kupça"sı olmayan evlərlə bağlı NAZİRLİKDƏN MÜHÜM AÇIQLAMA
Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA
Vergi Məcəlləsinə son dəyişikliklər KİMLƏRİN xeyrinə olacaq?
Taksi sürücülərinin DİQQƏTİNƏ
Taksi xidmətləri ucuzlaşa bilər: vergi azaldılır
Bu şəxslərə hər ay 150 manat veriləcək - Qərar
İpoteka krediti ilə bağlı vacib qərar- NAZİRLƏR KABİNETİ DƏYİŞİKLİK ETDİ
Vergi ödəmələrinin vaxtı uzadıldı - BU SAHƏLƏR ÜZRƏ
Azərbaycanda bu torpaqlar vergiyə cəlb edilmir - AÇIQLANDI
İpoteka ilə bağlı mühüm qərar verildi
Bərbər və taksi sürücülərinə ŞAD XƏBƏR
Aksizdən sonrakı qiymətlər- Kəskin bahalaşma
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 