Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun bir neçə şəxsə, o cümlədən AG Banka külli miqdarda borcunun olması ilə bağlı faktlar medianın gündəminə çevrilib. Bu məsələdə ən diqqət çəkən məqam isə borc qarşılığında Milli Məclisin verdiyi deputat vəsiqəsinin yazılı iltizamla girov qoyulmasıdır. Məsələyə münasibət bildirən Milli Məclisin İntizam komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı ONN media-ya bildirib ki, deputat Rafael Cabrayılovla bağlı deyilənlər təsdiqlənərsə, İntizam Komissiyası bu məsələyə mütləq baxacaq və adekvat olaraq reaksiya veriləcək. “Rafael Cəbrayılovla bağlı deyilənlərin həqiqətə uyğun olub-olmadığını bilmirəm. Mən də bu barədə mətbuatdan oxumuşam və hesab edirəm ki, hələ təsdiqlənməmiş məlumatlardır. Onu deyim ki, bir millət vəkilinin deputat vəsiqəsini nəyəsə qarşılıq olaraq girov qoymasına inana bilmirəm. Deputat vəsiqəsi çox qiymətlidir. Onun qarşılığı yoxdur. Deputat vəsiqəsi kimi qiymətli əmanətlər girov qoyula bilməz. Bu, bir deputat üçün yolverilməzdir”, - millət vəkili bildirib. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarından dəlillərlə müraciət edilərsə, R.Cəbrayılovun vəsiqədən borca görə istifadə etdiyi təsdiqlənərsə, bu məsələyə İntizam Komissiyası baxa bilər: “Əlbəttə ki, məsələyə baxılandan sonra da adekvat reaksiya veriləcək”. MM-in İntizam Komissiyasının üzvlərindən olan deputat Fazil Mustafa bildirib ki, bu məsələ araşdırılmalıdır: “Bu məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra qanun pozuntusu aşkarlanacağı təqdirdə fikir səsləndirmək olar. İndi bizim bu məsələyə münasibət bildirməyimiz düzgün olmaz. Çünki hələ İntizam Komissiyasına bu məsələ barədə heç bir məlumat daxil olmayıb. Əgər komissiyaya məlumat daxil olarsa, biz araşdırıb daha sonra açıqlama verə bilərik”. MM-in İntizam komissiyasının digər üzvü Hikmət Babaoğlu isə bildirib ki, bütün hallarda millət vəkillərinin müvafiq hərəkətləri və İntizam Komisiyasının səlahiyyətləri çərçivəsində olan hallarla bağlı İntizam Komissiyası müəyyən tənbeh tədbirləri görməlidir və görmək səlahiyyətinə malikdir: “Ancaq təbii ki, bu İntizam Komissiyasının səlahiyyətləri çərçivəsində olmalıdır. Konkret halda isə Rafael Cəbrayılovla bağlı İntizam Komissiyasına heç bir müraciət daxil olmayıb. Rafael Cəbraylıovun həqiqətən də deputat vəsiqəsini verib borc götürməsi ilə bağlı məndə dəqiqləşmiş və təsdiqini tapmış məlumat yoxdur. Buna görə də düşünürəm ki, ilk növbədə bu dəqiqləşməli, rəsmi şəkildə təsdiq olunmalıdır. Bundan sonra bu məsələni daha ətraflı formada şərh edə bilərəm”. Qeyd edək ki, deputat R.Cəbrayılov ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə Fətəliyeva Təranə Rasim qızından 300 min ABŞ dolları məbləğində borc alıb. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. Bu barədə T.Fətəliyeva Abşeron rayon Məhkəməsinə müraciət edib və girov olaraq qoyulan deputat vəsiqəsinin əslini məhkəməyə təqdim edib. İltizam yazılmaqla girov qoyulan deputat vəsiqəsinin surəti mediada tirajlanıb.



Milli Məclisin İntizam Komissiyası Rafael Cəbrayılovun məsələsinə mütləq baxacaq – Katibdən AÇIQLAMA
Vəsiqəsini girov qoyan deputatın nə qədər borcu var? - Siyahı
Rafael Cəbrayılov mandatını itirə bilər
Cəbrayılov borca görə deputat vəsiqəsini girov qoyub?
SON DƏQİQƏ: Rafael Cəbrayılov istefa verdi və üzr istədi - Təcili
Rafael Cəbrayılov məhkəməyə verildi
Rafael Cəbrayılovdan xəbər var
Rafael Cəbrayılovla bağlı qərar verilir - İCLAS BAŞLADI
Eldəniz Səlimovun polisi döyməsi MM-də müzakirə olunacaq
Sabiq deputatın borclarının siyahısı açıqlandı
Deputat zabiti döyəndən sonra ona deyib ki.... - ŞOK
Bu deputata töhmət verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 