“Milli Məclis payız sessiyasına start verib, komitələr öz işinə başlayıb. Güman ki, Milli Məclisin İntizam Komissiyası da yaxın günlərdə toplaşacaq”. ONN media xəbər verir ki, bunu Modern.az-a Milli Məclisin İntizam Komissiyasının katibi Məlahət İbrahimqızı deyib. “Komissiyanın mandatına daxil olan hər hansı iş olanda mütləq gündəliyə salınır. Ola bilsin ki, İntizam Komissiyası ilə bağlı bəzi məsələlər payız sessiyasının gündəliyinə salınsın”-deyə katib əlavə edib. Məlahət İbrahimqızı bildirib ki, İntizam Komissiyasının iclasında deputat Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması mütləq müzakirə olunacaq: “Milli Məclisdə deputatlarla bağlı hansısa məsələ gündəmə gələndə İntizam Komissiyası buna münasibət bildirir və ona uyğun qərar da qəbul edir. Ötən illərdə də bunun şahidi olmusuz. Son günlər mətbuatda yayılan məsələ deputat həmkarımız Rafael Cəbrayılovla bağlıdır. Ola bilsin ki, Milli Məclisin Aparatına məsələ barədə məlumat daxil olub. İstənilən halda, baş verən məsələ qanqaraldıcı haldır. Millət vəkili adına yaraşmayan hadisədir. Milli Məclisin İntizam Komissiyası bu məsələyə mütləq münasibət bildirməlidir. Həmçinin, həmkarımız olan deputat Rafael Cəbrayılov mətbuat vasitəsilə ictimaiyyətə ətraflı məlumat verməli və baş verənlərə aydınlıq gətirməlidir” Qeyd edək ki, Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə xəbər yayılıb. Bununla bağlı mətbuata açıqlamasaında borc verən tərəf bildirib ki, Rafael Cəbrayılov 300 min ABŞ dollarını vaxtında ödəyə bilmədiyinə görə III və IV çağırış Milli Məclisin deputat vəsiqəsini girov qoyub. Hazırda mətbuatda və sosial şəbəkələrdə deputatın baş verənlərdən sonra mandatının geri alınıb-alınmayacağı müzakirə olunur.
Milli Məclisin İntizam Komissiyası Rafael Cəbrayılovun məsələsinə mütləq baxacaq – Katibdən AÇIQLAMA



Borc içində üzən deputat vəsiqəsi: MM müzakirə edəcək?
Rafael Cəbrayılov mandatını itirə bilər
Vəsiqəsini girov qoyan deputatın nə qədər borcu var? - Siyahı
Milli Məclisin İntizam komissiyasının yeni Əsasnaməsi hazırlandı
Eldəniz Səlimovun polisi döyməsi MM-də müzakirə olunacaq
Bu deputata töhmət verildi
SON DƏQİQƏ: Rafael Cəbrayılov istefa verdi və üzr istədi - Təcili
Milli Məclis bu şəxslərə maaş verəcək
Bu hadisə bizim üçün dərs olacaq - Deputat
Deputat zabiti döyəndən sonra ona deyib ki.... - ŞOK
İntizam komissiyası Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy verdi
Cəbrayılov borca görə deputat vəsiqəsini girov qoyub?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 